Rüstəm Behrudi

haqqında deyilənlər

 

Rüstəm Behrudi doqquzmərtəbəli binaya bənzəyir. Yüksək binanın gözəlliyi yaxından görünmədiyi kimi, onun gözəlliyini sonradan görəcəklər.

 

Bəxtiyar Vahabzadə

(Xalq şairi)

 

Oxudum kitabını hər misran

            qana batmış inci, dür.

Bir söz çıxdı dilimdən -

            Rüstəm məndən güclüdür.

 

Xəlil Rza

(Xalq şairi)

 

Rüstəm Behrudi Vətəndir, Vətəndir, Vətən!

 

Məmməd Araz

(Xalq şairi)

 

İlk baxışda Rüstəm Behrudinin şeirləri dəliliyi xatırladır. Dərinə endikdə anlayırsan ki, bu, dəliliyin müdrikliyidir.

 

Elçin Əfəndiyev

(Xalq yazıçısı)

 

Rüstəm Behrudinin ötən əsrin 80-ci illərində 25-30 yaşı ancaq olardı. Həmin dövrlər bütün türk xalqlarının yenidən oyanış dövrü idi. O, Qazaxıstanda, Özbəkistanda şeirlər oxuyanda, çıxışlar edəndə biz göz yaşları içərisində, ayaq üstə onu alqışlayırdıq. Rüstəm Behrudiyə görə, Azərbaycan xalqı  xoşbəxt taleli xalqdır, belə bir şair yetişdirib.

 

Muxtar Şaxanov

(Qazaxıstan Qırğızıstanın Xalq yazıçısı)

 

"Dədə Qorqud" kitabından sonra, etnik tariximiz heç kəsdə Rüstəm Behrudidə olduğu qədər bu genişlikdə bədiilik predmetinə çevrilməyib.

 

Tofiq Hacıyev

(akademik)

 

Türk mifik düşüncə tərzi, Turan ideyası türk millətçiliyi XX əsrin sonlarında Rüstəm Behrudinin şeirləri ilə yenidən həyat qazandı.

 

Mirəli Seyidov

(professor)

 

Rüstəm Behrudi bir şaman nəvəsidir. Hüseynzadə Əli, Ziya Gökalp, İsmayıl Kaspıralı, Yusif Akçura bunların hamısı birər Şaman nəvəsi deyilmi?!

Rüstəm Behrudi zamanlar üstündə yaşayan bir şair. Onu oxurkən həyəcanıma sədd vurmaq mümkün deyil. Ağırbaşlı bir yazı ilə Rüstəm anlatılmaz. O, Kərəmin ağzından çıxan alovdur, özünü yandırar, məni . O, şüşənin dibindəki divdir, özünü qəhr edər, məni .

Rüstəmi ağırbaşlı bir yazıya sığdırmaq mümkün deyil.

 

Əhməd Bican Ərculasun

(professor)

 

Əzizim Rüstəm! Sən mənim gözümdə həmişə kənddən yenicə gəlmiş o gənc oğlan, tələskən, haqsızlığa dözməyən, senzurasız dahisən!

 

Sabir Rüstəmxanlı

(Xalq şairi)

 

Hər kəs dar ağacına salam verə bilər. Ancaq dar ağacının salamını aldığı tək şair Rüstəm Behrudidir.

 

Ramiz Rövşən

(Xalq şairi)

 

Rüstəm Behrudinin şeirləri, türk ruhu haqqında əbədiyyət nəğmələridir. Oljas da nəhəngdir. Çingiz Aytmatov da, Rüstəm Behrudi onlar kimi mənəvi, arxeoloji işi yerinə yetirir.

 

Nizami Cəfərov

(akademik)

 

Rüstəm Behrudinin Tanrının özünə müxalif olan şeirləri Tanrıya bakirə sevginin özü kimi qalacaq.

 

Kamil Vəli

(professor)

 

 20 il öncə bir yazımda demişdim. Əsrin sonudur. Dönüb geri baxıram. "Heydərbaba" kimi bir neçə möhtəşəm poeziya örnəklərimiz var. Ancaq biz XX əsrdən XXI əsrə bir şeir apara bilirik. Rüstəm Behrudinin "Salam, dar ağacı".

 

Firudin Cəlilov

(professor)

 

Rüstəm Behrudi özünü həm qalibin, həm məğlubun yerinə qoymağı Füzulidən, Sabirdən M.Araza, B.Vahabzadəyə qədər olan poeziyanın vətəndaşlıq qayəsinin bütün mənalarda müstəvisini dəyişdi. Şəxsiyyət millət vəhdəti özünü insanın fiziki simasında yox, ruhum ölməzliyində təsdiq etdi.

 

Kamran Əliyev

(akademik, Əməkdar elm xadimi)

 

Kürsüdə ömrünün, baharını yaşayan bir gəncin edam sehnasına, salam göndərişi... Qorxunc bir səssizlik.

Əleyküməssalam, Rüstəm Behrudi. Alqış, alqış, həm dəfələrlə alqış!

 

Coşqun Qırca

 

Ədəbiyyat qəzeti.- 2022.- 10 sentyabr.- S.6.