Göy gözün əfsanəsi
Qız güləndə, dodağımda
söz yanıb,
Söz görəndə
közün üstdə
bişmişəm.
Göy dənizin gözlərindən
yayınıb
Göy gözlərin
ovsununa düşmüşəm.
Səs kövrəlir tütək
təki, ney
təki
Gözdən axıb gələn düzlü çay olur.
Gözdən qorxan gözəl
qızlar bilir ki,
Göz qaytaran gözmuncuğu göy olur.
Həsrət sənin gözlərinə
qıyanda
Dərdin alım, dəyərimi bilirsən.
Dizlərini göy çəməndə
yuyanda
Gözlərini göy dəsmalla silərsən.
Gözlərimdə göyəribdi izlərin,
Gözüm gülmür göyərçinin
köçünə
Bəlkə girib göy zənbilə gözlərin
Göydən düşüb gözlərimin
içinə.
Gülü dərib gözlərinə
baxıram,
Bu incidən mənə
də ver bir gilə.
Gözün dolub, göl daşacaq, qorxuram
Kirpiklərin özün ata göy gölə.
Qadağa
Yazda bulud sənsən, qışda çən mənəm,
Bu necə ədalət,
necə bölgüdü?
Gözünün oduna bələnən
mənəm,
Gözündən gülüşü dərən
güzgüdü.
Dizləri əsməyib dizlərim
kimi,
Gördüyü yuxunu yozub saxlamır.
Hələ gözəlliyi gözlərim
kimi
Güzgü yaddaşına yazıb saxlamır.
Güzgü var, ürəkdən
gülür yaz günü,
Güzgü var, üstünü bürgü alıbdı.
Gözlərin dolanda sənə
könlünü
Gözlərindən qabaq güzgü alıbdı.
Eşqimi
ucaldıb bu güzgü göyə,
Sən mənə
nə yayı, nə yazı saxla.
Təkcə qadan alım, soyuq güzgüyə
Məni payızacan tamarzı saxla.
Özünə güvənib özgəyə
baxma,
Qıyma ürəyimə bir sözün dəyə.
Gözlərin güləndə güzgüyə
baxma,
Qorxuram özünə
öz gözün dəyə.
Hanı
Dumansansa,
sinəmə çök,
Baharsansa, gülün hanı?
Donmusansa
buza oxşa,
Yanmısansa, külün hanı?
Şəkərsənsə bircə kəlmə
Şəkər kimi sözün
olsun
Yağışsansa, bulağa dön,
Bulaqsansa, gözün olsun.
Göydən gələn mələksənsə
Gəl köksümə
qısıl mənim.
Yazın
səhər şehisənsə
Kirpiyimdən asıl mənim.
Həsrət ilə xoşbəxtsənsə
Ağlama
heç, ağrıma
heç
Bu çəpərin o üzündən
Baxmısansa bağrıma keç?
Gəlirsənsə, yola baxım,
Sevirsənsə, anı?
Dirisənsə, öldür məni,
Ölmüsənsə, qəbrin hanı?
Bir qələmin əsiri
Dünya
quzğun, mən də quzu,
Bir ağaca
qatdı məni.
Bir top verib dedi, oyna,
Sonra topa tutdu məni.
Nə tapdısa tez taladı,
Gah tüpürdü, gah yaladı
Kötük üstə baltaladı,
Comaq kimi ütdü məni.
Nəfi
yeyin nəfəs dərdi,
Arxalıya sinə gərdi.
Qatır
məni yerə sərdi,
Kirpi gəlib
ötdü məni.
Dünya
mənə canəcan
dedi,
Nə dedisə yalan dedi.
Bir dəliyə qurban dedi,
Bir dəllala
satdı məni.
Sədası var hər sələmin,
Düz yüküyəm
öz şələmin.
Dünya
bir gün bir qələmin
Qabağına qatdı məni.
Ələmdar QULUZADƏ
Ədəbiyyat qəzeti.- 2022.-
15 yanvar.- S.18.