Zabil Pərvizin söz
adlı dirilik suyu
Şair Zabil Pərviz artıq öz səsi ilə, öz nəğməsi ilə öz taleyini, söz taleyini yazıb. Həyatını, taleyini sözə bağlayan şair həmişə Müqəddəs
sözə səcdə
qılıb. Sözü başından
uca tutub, sözə hörmətlə
yanaşıb.
Sözü dirilik suyuna bənzədir şair. Bu sudan içənlər
ölümsüz ömür
qazanırlar. Böyük Nizamini
diri saxlayan sözdür. Müşfiqi "təptəzə qızılgül
kimi" ürəklərdə
bəsləyən sözün
möcüzəsidir.
Səni
səndən sonra kim yaşadacaq?
Sözə hörmət elə, sözə səcdə qıl.
Söz
- dirilik suyu!
Ölümsüz ömür!
Əyil
əlindən öp, yatmısan, ayıl...
Haqla, həqiqətlə
döyünür şair
qəlbi. İnsanın ruhuna həqiqət
hakim olanda insan haqqa, ədalətə tapınır, qocalıq da ona güc
gələ bilmir.
Ruhu həmişə cavan qalır həqiqət sahiblərinin, ədalətə
səs verənlərin.
Fərqi
yox, on səkkiz, ya da əlli
yaş,
Nə qədər həqiqət
səngərindəsən, -
Ürəyimdə bahar, ruhumda təlaş
Ədalət, həqiqət səngərindəsən,
-
Yaxın dura bilməz qocalıq sənə.
Tanrı nəğməsi oxuyanlar qocalmırlar. Bu nəğmə
insanı daim yaşamağa, qurmağa,
yaratmağa səsləyir,
dünyanı saflığa,
təmizliyə, müqəddəsliyə
səsləyir. Bu nəğmə "qönçəni
bələyindən, gülü
budağından çağıran",
"pərvanəni şam
üstündən, bülbülü
bağdan çağıran"
bir ilahi nəğmədir. Odur ki, bu həyat nəğməsinin
xumarından doymaq olmur. "Suyu
daşın damarından,
odu ocaqdan çağıran" nəğmədən
necə doymaq olar? Bu nəğmə
həqiqət bağında
səslənən gözəllik
nəğməsidir. Həyat insana
bir dəfə verilir. O da bu gözəllik nəğməsini oxumaq üçün.
Çətin bir də mən bu bağa
gələrəm,
Qönçə vaxtı qurulmağa
gələrəm, -
Təkcə... sənə vurulmağa gələrəm,
Gələ bilsəm bu dünyaya bir də mən.
Şairin gözəllik obyekti məhəbbət bəslədiyi
gözəl, sevgisinə
qızındığı ocaq, uğrunda fəda olmağa hazır olduğu vətəndir. Vəhdət piyaləsindən dirilik suyu nuş
edənlər haqqa qovuşdurur Vətəni.
Vətənin haqqı Vətənin
bütövlüyüdür. Vətən isə öz haqq aşiqini gözləyir.
Kəpəz daş əlində
tutub piyalə:
- İçsin Savalana at üstə gedən!
Beləcə, əlində dirilik
suyu
Ən böyük oğlunu gözləyir Vətən...
Sükutun da sözü var.
Şair sükutun səsini
eşidir, sözünü
dinləməyi bacarır.
"Ən qədim
fəryadlara, ən müasir dərdlərə"
özünü qurban
verən şəhidlərə
şair bir dəqiqəlik sükutla söz verir. Xalqı bu sükutu dinləməyə çağırır.
Xəstəliklər, fəlakətlər,
qırğınlar törədən,
iblisə uyan hakimlərin əlində gözəl dünyamızın
əbədi sükuta
qərq olmaması üçün insanları
bir dəqiqəlik sükutla ayağa qaldırmaq istəyir şair:
Göyü gümüş buludlu,
torpağı yaşıl
otlu,
suyu balıqlı dünya,
Dünya, işıqlı dünya.
əbədi bir sükutla
gedə bilər yuxuya.
Qoymayın şəhidlərin
məzarına od yağa,
Bir dəqiqə sükutla
qalxın, qalxın
ayağa!
Bəli, sükutun səsini eşidənlər ayağa
qalxa bilir, sükutun nəğməsini
oxuyanlar dünyanı
gözəlləşdirə bilir. Odur ki, şair ömrü ölümdən
qoparmaq üçün
ölümsüz nəğmələr
yazır. Ölümsüz nəğmələr oxuyur
Tanrı nəğməsi
kimi. Bu nəğməylə
hər gün dan sökülür, yeni gün başlayır.
Öz səsi, öz sözü ilə, öz nəğməsi, muğamı
ilə insanları gözəlliyə, saflığa,
müqəddəsliyə səsləyir
yeni gün:
Bəsimizdir bu ərməğan,
Başlanır gün, sökülür dan.
Tutub qızıl saçağından
Günəşi gündən qoparaq.
Ömür uzun, ömür
qısa, -
Yoxdur bizə
yaxın, uzaq.
Ölümsüz nəğmələr yazaq,
Ömrü ölümdən qoparaq.
Ömrün payızı hələ yollarını dumana, çənə bürüyə
bilməyib Zabilin. Ruhu hələ
cavandır. Hələ ayaq
üstədir, Allah amanındadır.
Haqqa tapınanlar Allah amanında
olurlar. Bu gün
də əlində Söz piyaləsi tutub Haqqın dərgahına, Allahın
şəninə layiq
söz deyir Söz sarayının saray şairi:
Yenə
dan sökülür,
quşların səsi...
Şükür, yenə ayaq üstəyəm, Allah!
Yenə
də əlimdə söz piyaləsi,
Sənə layiq olan söz deyəm, Allah!
Bu gün əlində söz piyaləsi tutan, muğam ömrü yaşayan haqq aşiqi Zabil Pərviz öz səsi ilə, öz sözü ilə haqq, ədalət məbudu Allahın şəninə, dünyanı
gözəlləşdirmək istəyən fəzilətli
insanların eşqinə
muğam oxuyur. Poeziya dünyamıza yeni bir muğam qoşulur - Zabil Pərviz muğamı.
Ağamir CAVAD
Ədəbiyyat qəzeti.- 2022.-
22 yanvar.- S.15.