Şərafəddin Qaya
(Türkiyə)
1965-ci ildə anadan olub. "Salamat
qal heç nə" adlı kitabındakı şeirləri
mono-tamaşa kimi səhnələşdirib "Ay haray,
qonşular, tərk edildim", "Mənsiz Tanrı",
"Qatiləm - tənhalığımı
öldürdüm", "Özümləyəm"
adlı şeir kitabları yayımlanıb. Türkiyədə
məşhur aktyor kimi ad qazanıb. "Esmer"
jurnalının redaktoru olub.
Susdum, susun!
Susdum,
susun!
Bütün
ruzimizi qarışqalara payladım,
dəvələrin
hörgüçülərində çayları
daşıdım,
almalar
atların ağzındadı.
Quyruğunu
yelləyən qorxaqlar
qəfəslərində
yenə də dustaqdırlar,
açarları
nə gəzir onların.
Susdum,
susun!
Ağrını
qanla yuyanların çürüdü ətləri,
eşqi qəlbində
saxlayanların açıldı yolları,
Göyün
yumşaq qarnında
başlarını
girələyənlər unutmasınlar,
ayaqları
sürünür tapdaladıqları yerdə...
Buyurub
qışqırsın kimsə:
əl
çəkin, tənha qalsın qaranlıq,
qara
paltarları çürüsün,
işıq
düşsün
ən
axırda dayananın üzünə.
Susdum,
susun!
Qarnımı
doyuzdurmayan sözlər danışdım,
yoxsuldaşlıqdan
vətəndaşlığa uzanır bu Yer üzü,
qırıldı
oraqların sapı,
qarnı
yarıldı Yerin,
çoxaldı
boşluqlar.
Qanla
sulanmış buğda tarlaları, çörək
qırmızı...
Bilirəm
uzaqdadır elim,
lakin
eşqə düşüb eşq.
Bir də
ki, bilməmiş olmazsınız,
yaxşıca
sevişməyin ruhu necə paklandırdığını,
suyu necə
doyuzdurmağını,
Susun!
Və mən
hələ də burdan qışqırıram:
altını
dəyişdirin artıq bu dünyanın!
Sərxoş
Mən
getdikcə yollar səndələyir,
görən
elə bilir sərxoşam,
maşınlar
sağa-sola çırpılır,
ağacların
biri o yana, biri bu yana əyilir,
cındırından
cin ürkən bir adama rast gəlirəm,
o da elə
bilir sərxoşam.
Ay Allah, hələ
bir ulduzlara bax,
sanki həm
fırlanırlar, həm də qaçırlar,
elə
bil sərxoşdurlar.
Evimin pilləkənləri
sanki yerlərini
dəyişiblər.
sanasan
hamısı bir-birinin belinə miniblər.
Qapımın
açar deşiyi açarımla savaşır.
Nə
açar deşiyi açarı,
nə də
açar qapımın deşiyini qəbul edir.
Sonra
ikisinin də başını aldadıb
barışdırdım.
Heç
bilirsiniz nə dedeim onlara?
"Mən
sərxoşam" dedim.
Artıq
mənə yaxşıca aydın oldu ki,
mən
içəndə hər şey sərxoş olur.
Tərcümə edən: Fərid
Hüseyn
Ədəbiyyat qəzeti.- 2022.- 22
yanvar.- S.29.