Yeni ilin ilk “Ulduz”u parladı
"Ulduz" jurnalının
2022-ci ildə ilk nömrəsi
çap olunub.
Jurnalda
ilk olaraq Səlim Babullaoğlunun "Yanvar:
Qarın şərhi"
adlı şeiri, ardından isə gənc yazar Orxan Cuvarlının özüylə söhbəti
və hekayəsi təqdim edilib.
"Qısa fikirlər xəzinəsi"ni Məhəmməd Əmin
Rəsulzadənin kəlamları
bəzəyir. "Yazı
masası"nın budəfəki qonağı
dərginin qocaman əməkdaşı, rəssam
Ədalət Həsəndir.
"Şeir vaxtı"nda Gülnar Ümid, Bəsti Məmməd, Ülkər Nicatlı, İltimas Səmimi, Əbülfət Mədətoğlu,
Aysel Nəsirzadə və Zöhrab Mehdinin poeziya nümunələri dərc
olunub.
Əli Əmirlinin ənənəvi
"Ustad dərsləri"nin cari mövzusu "Mənim personajlarım"dır.
Günel
Hacıyevanın "Lili
möhtəşəm qadın
idi", Zəka Vilayətoğlunun "Çöhrəgülü",
Çinarə Ömrayın
"Hamiləlik testi",
Firuz Mustafanın
"Bülbül yuvası"
kimi hekayələri xüsusi maraq kəsb edir. Eminqueyin
"Məmməd Arazın
sufi həqiqətinə
çatmış "Dünya"sı"
adlı essesi Məmməd Arazın
"Dünya sənin,
dünya mənim"
şeirinin bədii təhlilini gerçəkləşdirir.
Tarix üzrə
fəlsəfə doktoru
Leyla Abbasovanın Sevinc Nuruqızının
"Ağca və Cubbulu" əsərinin quruluşu, redaktəsi, nəşri məsələlərini
özündə ehtiva
yazısı diqqət
çəkir.
Xuraman Hüseynzadənin
"Uzaqlar yordu məni..." adlı tənqidi yazısı Nazim Əhmədli yaradıcılığına işıq
tutur. Şəfa Vəlinin "Əvvəldən
yeri Yuxarıbaş olub" başlıqlı
müsahibəsində Xalq
şairi Bəxtiyar Vahabzadənin Şəkidəki
ev-muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli
söhbətə çəkilir.
"Təbriz eli" rubrikasında Pərvanə
Məmmədlinin "İstərəm
Vətənimdə qanım
rəngli bir kilidlə azadlığa yollar açam" başlıqlı yazısı,
"Türk eli" rubrikasında isə Cahit Günayın şeirləri təqdim olunur.
"Dərgidə kitab"da
Əflatun Amaşovun
"Qanıq, Hasan, bir də Qaragöz"
romanı, "Sərgi"də
isə Ədalət Həsənin qrafik rəsmləri yer alıb.
Ədəbiyyat qəzeti.-2022.-29 yanvar.-S.9