Andre MoruanınSeçilmiş

əsərlərinəşr olundu

 

Dövlət Tərcümə Mərkəzinin 150 cildlikDünya ədəbiyyatı inciləriseriyasından növbəti cilddünyaşöhrətli Fransa yazıçısı Andre MoruanınSeçilmiş əsərlərikitabı nəşr olunub.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, kitaba yazıçınınYad qadına məktublarromanı, “Tufan”, “Fəslin çiçəkləri”, “Bacım, Ariadna...”, “Qızıl pulun qarğışı”, “Vəsiyyətnamə”, “Çərşənbə gününün bənövşələri”, “Bioqrafiya”, “Məşhurluğun yaranmasıhekayələri, “Yaşamaq elminin dörd qaydası”, “Montendən Araqonadək”, “Marsel Prust”, “Uolter”, “Anatol Franskimi məşhur ədiblər haqqında qələmə aldığı esse ədəbi portretləri daxil edilib.

Əsərlərin Azərbaycan dilinə tərcümə müəllifləritanınmış bədii tərcümə ustaları Hamlet Qoca, Mahir N.Qarayev Nəriman Əbdülrəhmanlıdır.

Kitab yazıçının həyat, nikbinlik, bədbinlik, mütaliə, yazıçılıq peşəsi s. haqqında qələmə aldığı dəyərli aforizmlərlə başlayır.

 

Ədəbiyyat qəzeti.- 2023.- 8 aprel.- S.5.