Mir Cəlal adına 3-cü Hekayə

Müsabiqəsinin qalibləri mükafatlandırılıb

 

Aprelin 17-də "Ədibin Evi"ndə Mir Cəlal adına 3-cü Hekayə Müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Xalq yazıçısı Elçinin sədrliyi ilə on nəfər ədəbiyyatşünas, ədəbi tənqidçi yazıçılardan ibarət münsiflər heyəti müsabiqəyə təqdim edilən 191 müəllifin 197 hekayəsini fevral ayından başlayaraq mərhələ-mərhələ qiymətləndirdikdən sonra aşağıdakı qalibləri açıqlayıb:

 

III yer

 

Mahir Rəsuloğlu, “Bağışla, səni öldürməliyəm!” hekayəsi

Murad Köhnəqala, “Buğdanın göyə çəkilməsihekayəsi

Zahid Xəlil, “Zirinc kolunun laylasıhekayəsi

 

II yer

 

Daşqın Məmmədov, “Bənövşə xalahekayəsi

Cavidan Xəlilova, “Su” hekayəsi

 

I yer

 

Seymur Həmzəyev, “Yağışlı bir gün idihekayəsinə görə təltif olunublar.

"Ədibin Evi" qalibləri təbrik edir, bütün iştirakçılara müsabiqəyə qoşulduqlarına görə təşəkkürünü bildirir.

 

Ədəbiyyat qəzeti.- 2023.- 21 aprel.- S.4.