Vaqif Yusiflinin ədəbiyyat sevgisi

 

Tanınmış ədəbiyyat tənqidçisi, filologiya elmləri doktoru, professor Vaqif Yusiflinin 75 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, uzun ömür, can sağlığı arzulayıram.

Vaqif müəllim ciddi ədəbiyyatçı olmaqla yanaşı, xeyirxah insandır,  ziyalıdır, gənc istedadların üzə çıxarılmasında xidmətləri danılmazdır. Şəxsən məni ədəbi cameəyə ilk təqdim edən Vaqif Yusiflidir. Demək olar ki, bütün əsərlərimə münasibətini bildirib, onları təhlil edib. İşgüzarlığına, nəinki ədəbiyyatşünaslar tənqidçilər, hətta ən məhsuldar yazıçı belə, həsəd apara bilər.

Diqqət cəlb edən əsərlərin heç biri onun nəzərindən yayınmır mənim fikrimcə, onun bu humanistliyi, geniş ürəkliyi ədəbiyyatımıza yaxşı mənada təsir edir.

Elə bilirəm ki, Vaqif Yusiflinin enerjisi, ədəbiyyat sevgisi hələ uzun müddət ədəbiyyatımıza xidmət edəcək...

Uğurlar, Vaqif Yusifli!

 

Elçin HÜSEYNBƏYLİ

 

Ədəbiyyat qəzeti.- 2023.- 21 aprel.- S.9.