Hörmətli Vaqif Yusifli!

Sizi anadan olmağınızın 75 illiyi münasibəti ilə ürəkdən təbrik edirəm.

Azərbaycan elmi-ədəbi ictimaiyyəti Sizi görkəmli tənqidçi tanınmış tədqiqatçı alim kimi qəbul edir. Siz ədəbi tənqid sahəsindəki çoxillik ardıcıl səmərəli fəaliyyətinizlə ustad tənqidçi adını qazanmışsınız. Müasir ədəbi prosesin təhlil edilib qiymətləndirilməsi istiqamətləndirilməsində Sizin böyük zəhmətiniz vardır. Monoqrafik tədqiqatlarınız çoxsaylı məqalələriniz ciddi araşdırılmaların, əhəmiyyətli təhlil müqayisələrin nəticəsində meydana çıxmış samballı elmi əsərlərdir.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda bacarıqla rəhbərlik etdiyiniz ədəbi tənqid şöbəsi respublikamızda ədəbi tənqidimizin əsas inkişaf mərkəzlərindən biridir. Yetirmələriniz davamçılarınız Azərbaycan ədəbi tənqidinin daha da inkişaf etdirilməsinə səylə xidmət edirlər.

Sizə Azərbaycan tənqid ədəbiyyatşünaslıq elminin inkişafı yollarında daha böyük uğurlar möhkəm cansağlığı arzulayıram.

Dərin hörmətlə

 

İsa HƏBİBBƏYLİ

AMEA-nın prezidenti, akademik

 

Ədəbiyyat qəzeti.- 2023.- 21 aprel.- S.11.