Bir ocağın varisi  

 

 

 

Kamal Talıbzadə Azərbaycan ədəbiyyatşünaslığının ağsaqqallarından biri, milli ədəbi tənqid tariximizin salnaməsini yaradan görkəmli tədqiqatçı, akademiyanın həqiqi üzvü, neçə-neçə orden mükafatlarla təltif olunmuş şanlı-şöhrətli bir insan qədər məşhurlaşsa da, qədər xidmətlər göstərsə , çox vaxt başqa bir adın nüfuz təsir dairəsindən çıxa bilmədi. Bütün istedadına xidmətlərinə rəğmən, Kamal Talıbzadə milli məfkurəmizin yaddaşında, ilk növbədə, Abdulla Şaiqin oğlu Şaiq ocağının məşəlini tutan davamçı kimi qaldı. Bunun səbəbi Abdulla Şaiq ulduzunun zaman keçdikcə daha çox parlaması yaddaşlarda Azərbaycan ziyalılığının simvolu kimi möhkəmlənməsidir. Əslində, Kamal Talıbzadə heç özü bu parlaq ulduzun kölgəsindən çıxmağa, onun nüfuzunun təsir dairəsindən kənarda özünə fərqli bir nüfuz hazırlamağa can atmırdı. Onun özünün dönə-dönə dediyi kimi, ən böyük xidməti şəxsi tədqiqatlarından daha çox, Abdulla Şaiq ədəbi irsinin bir küll halında yeni nəsillərə çatdırılması, Şaiq ocağının ədəbi bir işıq mənbəyi kimi qorunub saxlanılmasından ibarət idi. Təsadüfi deyildir ki, tanışlığımızın əməkdaşlığımızın intensiv dövründə - ömrünün son illərində söhbətlərimizdə onun ən çox Abdulla Şaiqin Mənzil-Muzeyi ilə, onun ədəbi taleyi ədəbi-bədii irsi ilə məşğul olduğunu, özünü Şaiq çırağının işığında əritməyə hazır olduğunu duyurdum.

Əslində, mənim Kamal Talıbzadə ilə tanış olmaq arzum, onunla münasibətlərim heç yalnız görkəmli ədəbiyyatşünas alim, Azərbaycanın ən nüfuzlu akademiklərindən biri ilə ünsiyyətdə olmaq arzusundan irəli gəlməmişdi. Mən, ilk növbədə, uşaqlıqdan əsərlərini oxuduğum, bu əsərlərin arxasında nurlu simasını hiss etdiyim Abdulla Şaiqin varisi ilə təmasda olmaq, necə deyərlər, onun qoxusunu Kamal müəllimdən almaq istəyirdim. Amma gözləmədiyim halda Kamal Talıbzadədən diametral əks bir maraq gördüm. İlk baxışda qədər təəccüblü olsa da, o mənim simamda sanki Abdulla Şaiqi gördüyünü, onu xatırlatdığımı, həm əsərlərimdə, həm təhsil quruculuğunda, istedadlı gənclərə göstərdiyim qayğı diqqətə görə Şaiq işinin davamçısı olduğumu qeyd edirdi: - "Səlahəddin, səni görəndə, sənin əməllərinlə tanış olanda, istedadlı gənclərə qayğını görəndə düşünürəm ki, bəlkə Şaiq ruhunu sən hamımızdan çox yaşadırsan". Azərbaycan radiosunun müxbiri Çiçək Veysəlovaya müsahibəsində bu məqamı vurğulamışdı. Bu, çox önəmli bir etiraf idi.

Yəni, böyük şəxslərin, millətin simasını müəyyən edən insanların ruhunu ancaq genetik varislər daşımır. Milli ruh millət üçün çalışanların yanğısından qidalanır eyni ideala xidmət edən vahid milli ruha qatılanlar bir-birinə bənzəməyə bilməzlər.

  Abbas Zamanov, Mirzağa Quluzadə, , Kamal Talıbzadə, Mirəli Seyidov

Kamal Talıbzadə Abdulla Şaiqin oğlu olmağın məsuliyyətini dərk edir yüksək dərəcədə dəyərləndirirdi. Azərbaycan Universitetinin fəxri professoru olan Kamal Talıbzadənin universitetimiz üçün gördüyü ən böyük işlərdən biri kitabxanamızda Abdulla Şaiq guşəsinin yaradılması olmuşdur. O, xəstə olmasına baxmayaraq, Abdulla Şaiqin universitetdə keçirdiyimiz yubileyində, habelə "Azərbaycan Universiteti" nəşriyyatının buraxdığı "Abdulla Şaiqin romantizmi" (müəllifi professor Vəli Osmanlıdır) kitabının təqdimat mərasimində şəxsən iştirak etdi gənc nəslin Şaiq irsinə bəslədiyi yüksək marağa görə sevindiyini bildirdi. Şaiqlər unudulmursa, deməli, ziyalılıq, maarifçilik hələ yaşamaqdadır. Keçən əsrin əvvəllərində xüsusilə böyük vüsət alan milli dirçəliş hərəkatı da davam etməkdədir.

Son dərəcə təvazökar səmimi olan Kamal müəllimin bir etirafını da yada salmaq istərdim. 2000-ci ildə AMEA-ya seçkilər zamanı Kamal Talıbzadə humanitar bölmə üzrə hesablama komissiyasının sədri idi. Mən seçkilərə qatılmışdım. Fəlsəfəyə ayrılmış yerlərdən ikisi tutuldu, biri isə boş qaldı. Sonradan məlum oldu ki, mən cəmi 13 səs toplamışam AMEA-nın müxbir üzvü olmaq üçün bir səs çatmamışdır. Kamal müəllim böyük təəssüflə danışırdı ki, hesablama komissiyasının üzvləri səsi sayanda səhv ediblərmiş. Ona məlumat vermişdilər ki, Səlahəddin cəmi 12 səs toplayıb, amma seçkilərdən sonra bir sayanda 13 səs olduğu aşkarlanıb. Mən dedim ki, Kamal müəllim, axı, fərqi var, əgər 14 səs toplanmayıbsa, 13 elə 12-nin tayıdır. Yox, - dedi, axı, yadımdan çıxıb, heç mən özüm deyəsən səs verməmişdim, mənim səsimlə məsələ həll olunardı. Onun bu səmimi etirafı mənə o qədər xoş təsir bağışladı ki, əslində, mənim seçilməməyimdə həlledici rolu olmasına baxmayaraq, ondan heç ürəyimdə inciyə bilmədim. Çünki bunları o danışmaya da bilərdi. Bircə şeyə xüsusilə təəssüflənirəm ki, bu cür təmizqəlbli insanların səmimiyyətindən sui-istifadə edənlər var. İşgüzarların belə sui-istifadələrinə baxmayaraq, o özü aydan arı, sudan duru idi.

Akademik Kamal Talıbzadə təkcə səmimiyyəti sadəliyi ilə deyil, həm ağsaqqallıq, qocamanlıq missiyası ilə seçilirdi. Ondan xeyli yaşlı olan adamların iştirak etdiyi məclislərdə hamı məhz Kamal müəllimi böyük, ağsaqqal hesab edirdi. O, elə bil ki, keçən əsrdən, keçmişdən bizə yadigar idi. Zəmanə adamı deyildi. Əməllərində zamanla hesablaşmalı olsa da, qəlbən zamandan yüksəkdə dururdu.

 

Səlahəddin XƏLİLOV

Ədəbiyyat qəzeti: xüsusi buraxılış.- 2023.- 12 avqust.- S.25.

İyul 2006