Tehran Əlişanoğlunun yeni kitabı çap olunu

 

Heydər Əliyev iliçərçivəsində AMEA-nın müxbir üzvü Tehran ƏlişanoğlununMənim Prezidentim. Ulu öndər Heydər Əliyevin 100 yaşına  kitabından sonra daha bir kitabı çapdan çıxmışdır.  Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Heydər Əliyevadlanan  kitabda müəllifin  çağdaş ədəbiyyatda Heydər Əliyev faktoru obrazı ilə bağlı tədqiqatı əsasında qələmə aldığı ədəbi mətbuatda ardıcıl dərc etdirdiyi məqalələri toplanmışdır.

Kitab iki bölmədən ibarətdir. “Müstəqillik ədəbiyyatında Heydər Əliyev fenomenibölməsindəUlu Öndər Heydər Əliyev müstəqillik dövrü ədəbiyyatının memarı kimi”, “Müstəqillik dövrü nəsrində Heydər Əliyev”, “Unudulmaz görüşlər”də Heydər Əliyev”, “Ümumilli lider Heydər Əliyev memuar ədəbiyyatında”, “Ədəbiyyatda Heydər Əliyev obrazı: DTK-ya düşən işıq”, “Folklorda Heydər Əliyev obrazı”, “Qurtuluş günümüz ədəbiyyatda necə varsa”, “Ədəbiyyatda Heydər Əliyev obrazı: “Əsrin müqaviləsi”, “Ədəbiyyatda Heydər Əliyev obrazı: Amerikanın fəthi”, “Heydər Əliyev 60-cılar ədəbiyyatı müstəqillik işığında”, “Milli diaspor hərəkatından qurultaya gələn yol”, “Əbədiyyət ünvanı önündə”, “Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala”, “Ulu Öndər yolu: Ədəbiyyatdan Qələbəyəcən  adlı yazılar yer almışdır.

Qeyd olunmalıdır ki, kitabda müstəqillik dövrü ədəbiyyatında Heydər Əliyevin həyat fəaliyyətinin bütün mərhələləri əks olunmuş, məqalələrdə bu ardıcıllıq gözlənilmişdir. “ƏlavələrbölməsindəTənqid romanı”ndan parça, Ulu Öndərin ədəbi gəncliklə görüşündən təəssürat barədə Tehran Əlişanoğlu ilə müsahibə Mənim Prezidentimessesi verilmişdir.

Kitab humanitarilərə, elm, ədəbiyyat, habelə  geniş oxucu auditoriyalarına  ünvanlanmışdır.

 

Ədəbiyyat qəzeti. – 2023. – 2 dekabr, ¹ 46. – S. 25.