Füzuli - böyük türkçü Turan şairi kimi

 

Klassik Azərbaycan ədəbiyyatında ərəb fars ədəbi ənənələrinin təsiri danılmaz faktdır. Bu, yalnız klassik ədəbi dilimizdə işlənən ərəb-fars sözlərinin bolluğu ilə deyil, həm klassik şeir toplusu-divanların quruluşu, şeirlərin düzülüş ardıcıllığı, dini-mənqəbəvi qəzəl qəsidələrin üstünlük təşkil etməsi s. kimi özəlliklərlə təsdiq olunur. Dövrün bəzi obyektiv tələbləriylə ərəb fars dillərində yazan şairlərimizin yaradıcılığında, yeri gəldikcə, Azərbaycan-türk söz idiomatik ifadələrinin işlənməsi, eləcə Azərbaycan-türk düşüncə-danışıq tərzinin özünü göstərməsi burada qeyd olunmalıdır. Məs. X.Təbrizi, Ə.Xaqani N.Gəncəvi yaradıcılığında bu baxımdan yetərincə elmi-ədəbi faktlar vardır. Bu barədə bəzi araşdırmalar da aparılmış, həmin şairləri klassik ərəb-fars şairlərindən fərqləndirən  bir sıra milli-etnik özəlliklər aşkar edilmişdir.

Fikrimizcə, Azərbaycan-türk dilində yazıb-yaradan klassik şairlərimizin yaradıcılığı da bu baxımdan araşdırılmalı, milli-etnik özəlliklərinin əks olunduğu məqamlar diqqətlə təhlil edilməlidir. Azərbaycan türkcəsində ilk qəzəl türkü yazan divan ədəbiyyatı şairlərindən Həsənoğlunun əlimizdə olan qəzəlləri ümumi üslub-stil baxımından ərəb-fars ədəbi ənənələrinə sadiq qalsa da, bəzi qaynaqlarda onun təmiz xalq danışıq dilində yazılmış kifayət qədər qoşqu-türkülərinin olduğu bildirilir. Dövrümüzə gəlib çıxmayan həmin qoşqu türkülərin müəllifinin təxəllüsünü sırf türkcə, yəni türk soyad sisteminə uyğun olaraq "Həsənoğlu" seçməsi çox önəmlidir.

Q.Bürhanəddin, İ.Nəsimi, Ş.İ.Xətai b. türkdilli şairlərimizin yaradıcılığında klassik divan üslubundan kənara çıxan bəzi ədəbi-bədii fakt məzmun elementləri vardır.

"Bütün türk şairlərinin babası" (F.Köçərli) "Şərq şairlərinin günəşi" (Gibb) kimi tanınmış dahi Azərbaycan şairi M.Füzuli yaradıcılığı bu baxımdan da ayrıca öyrənilməyə tədqiq olunmağa layiqdir. Belə ki, o, öz milli-etnik kimliyi mənsubiyyətini dilə gətirən, özünün ata-babasının təmiz türk olması ana dilinin türk dili olması haqqında açıq danışan ilk böyük şairimizdir. Bu barədə bəzi tədqiqat araşdırmalarda az-çox danışılsa da, biz burada bu tipli  məqam görsənişləri sistemli ardıcıl şəkildə incələmək istərdik.

Bəllidir ki, Füzulinin türkcə divanının dibaçəsində onun milli mənsubiyyətinə  birbaşa işarə edən misralar vardır. Türkcə qəzəllərini bəzi başqa şeirlərini toplayıb divan halına salan şair rumlu söz ustaları tatar şeir xiridarlarına üz tutaraq, ömrü boyu ərəb İraqından heç bir yerə səyahət etmədiyi üçün, o yerlərin "əlfazü ibarətlərindən" "lətaifü zərbülməsəllərindən" əsərlərində görməsələr, onu bağışlamalarını xahiş edir. Yəni, dolayısıyla olsa da, öz əsərlərinin həmin yerlərdə, daha dəqiq desək, Osmanlı imperiyasının mərkəzi - İstanbulda Krım-Kazan tatarları arasında geniş yayılıb-oxunacağından əmindir. Bu da onun milli-etnik baxımdan türksoylu olması ana dilinin Azərbaycan-türk dili olduğunu təsdiqləyən bir dəlil kimi başa düşülməlidir. Eyni zamanda bu, İraqdan kənara çıxmayan şairin türk dili danışılan bir çox ölkələrdə əsərlərinin oxunması sevilməsi iddiasında olduğunu göstərir. Bu, o dövr üçün türkçülük, turançılıq deyilsə, bəs nədir?!

Farsca divanının dibaçəsində isə, Füzuli bu məsələyə fərqli yanaşır, öz milli-etnik kökəni ana dili haqqında daha açıq aydın bilgi verir: "Bəzən ərəbcə şeir yazdım ərəb fəsihlərini müxtəlif mənzumələrimlə şadlandırdım. Bu, mənim üçün asan idi, çünki mənim elmi bəhslər dilim ərəbcə idi. Bəzən türkcə şeir meydanında at çapdım türk zəriflərinə türkcə şeirin gözəlliklərilə zövq verdim. Bu da məni o qədər təşvişə salmadı, çünki türkcə şeir mənim əslimin səliqəsinə uyğundur. Bəzən fars dili sapına inci düzdüm o budaqdan könül meyvəsi dərdim". Göründüyü kimi, İslam Şərqinin hər üç dilində qələm çaldığını dilə gətirən şair türkcə şeir meydanında məharətlə at oynatdığını türk zəriflərinin könlünü oxşadığını bildirir. Hətta bunun səbəbini açıb göstərir, türkcə şeirin öz əslinin səliqəsinə uyğun olduğunu, dolayısıyla türkcənin əslinin-nəslinin doğma dili olduğunu təsdiqləyir. Görünür, elə buna görə şair farsca divanının başqa divanlarına nisbətən gec hazır olduğunu qeyd edir.

Füzulinin türklüyə türk dilinin intişarına xidmətləri, bu yöndə bütün gücü istedadıyla çalışması başqa məqamlarda da üzə çıxır. Məs. məşhur fars-tacik şairi Ə.Caminin "Hədisi-ərbəin" ("Qırx hədis") əsərini ana dilimizə tərcümə edərkən , bu məqsədi güddüyü aydın olur. Belə ki, "qırx danə gövhər" adlandırdığı həmin hədisləri farscadan türkcəyə tərcümə etməklə, Allah peyğəmbər sözlərinin ana dilimizdə səsləndirilməsini istəmiş onların məzmununu savadsız xalq kütlələrinin başa düşməsinə çalışmışdır. Tərcüməyə yazdığı çox qısa müqəddimədə belə deyir: "Ümum feyz üçün tərcümeyi-türki olunur".

Fikrimizcə, Füzuli məşhur "Leyli Məcnun məsnəvisini məhz türkcə yazmağı qarşısına məqsəd qoyarkən bu missiyanı yerinə yetirmək istəmişdir. "Rum zəriflərinin" dilindən deyilən sözlər əsərin türkcə yazılması üçün, sadəcə, bir bəhanə rolunu oynayır.

 

Leyli-Məcnun əcəmdə çoxdur,

Ətrakdə ol fəsanə yoxdur.

 

Bəllidir ki, Füzuliyə qədər türk dilində Həqiqi Nəvai kimi böyük sənətkarlar türkcə "Leyli Məcnun" poeması yazmışdılar. Füzuli həmin əsərlərin varlığından xəbərsiz ola bilməzdi. Sadəcə, fars dilində "Leyli Məcnun"ların çoxluğu, türkcə isə barmaqla sayılacaq qədər az olması şairə yuxarıdakı sözləri yazdırmışdır.

Füzulinin türksoylu şairlərin daha çox farsca yazmaları, türk dilində zərif incə mənalı şeirlər yazmağın çətinlikləri məsuliyyəti barəsində yazdığı kiçik bir qit`ənin məzmunu çoxlarına bəllidir:

 

Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm kim,

Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur.

Ləhceyi-türki qəbuli-nəzmi-tərkib etməyib,

Əksərən əlfazı namərbutü nahəmvar olur.

Məndə tövfiq olsa, bu düşvarı asan eylərəm,

Novbahar olğac tikəndən bərgi-gül izhar olur.

 

Həmişə asan yolla gedən, şeir-poeziya dili kimi cilalanmış fars dilində yazmağa üstünlük verən, zəhmətə qatlaşmaq istəməyən ən əsası, türklük qeyrəti təəssübünü çəkməyən şairlərdən fərqli olaraq, o, ilk dəfə bu çətinliyin altına çiyin vermək, bu məsuliyyəti öz üzərinə götürmək, türkcəni yazda açılan gül yarpağı halına gətirmək məqsədilə qol çırmadığını açıqca deyir bu məqsədlə ömrünün sonuna kimi ana dilində yazıb-yaratmaqdan çəkinmir. Onu da deməliyik ki, dahi sənətkar bu vəzifənin öhdəsindən elə bacarıqla layiqincə gəlir ki, ondan sonra türksoylu şairlərin fars dilində yazmaq ənənəsinə, demək olar ki, son qoyulur.

Fikrimizcə, "Hədiqətüs-süəda" məqtəlinin yazılması da eyni məqsəd mərama qulluq edir. Belə ki, əsərə yazdığı Dibaçədə şair ərəb fars dilində Kərbəla faciəsi haqqında yazılmış məqtəllər olduğu, ərəb əcəm əhalisinin oxuyub faydalandığı  halda, sayca daha çox olan türklərin, kitab səhifələrinin artıq sətirləri kimi, məclis səflərindən xaricdə qaldığını, əsl həqiqətləri dərk etməkdən məhrum olduqlarını təəssüflə bildirir. Bu bir neçə cümlədən Füzulinin irihəcmli fundamental bir məqtəl yazmasının əsl səbəblərini öyrənirik; türklər ərəb fars dillərində olan məqtəlləri dinləmək   oxumaq məcburiyyətində qalmasınlar, möhtəşəm şəhidlik nümunəsi sayılan Kərbəla vaqiəsiylə öz doğma dillərində tanış olsunlar.

Həmin əsərin müqəddiməsində yenə türk dilində belə geniş ciddi  məzmunlu nəsr örnəklərinin yazılma təcrübəsinin olmadığından şikayətlənən şair yazır: "Əgərçi ibarəti-türkidə bəyani-vəqaye düşvardır, zira ki, əksəri əlfazı rəkik ibaratı nahəmvardır, ümmid ki, himməti-övliya itmamına müsaidət əncamına müavinət qıla". Sonra da bu çətin məsuliyyətli işin öhdəsindən gəlmək üçün Allahdan yardım istəyir, özü burada yenə ərəb farsdilli məqtəl yazanlarla yanaşı, türkdilli Füzulini unutmamağı xahiş edir:

 

Ey feyzrəsani-ərəbü türkü əvəm,

Qıldın ərəbi əfsəhi-əhli-aləm,

Etdin füsəhayi-əcəmi İsadəm,

Bən türkzəbandan iltifat eyləmə kəm.

 

"Qəlb şairi"nin bədii-estetik baxımdan misilsiz olan qəzəl və qəsidələrində ənənəvi ərəb-fars modelindən kənara çıxan elə incə məqamlar, türkçülük psixologiyasına rəvac verən elə elementlər vardır ki, onlar da bu yerdə mütləq qeyd olunmalıdır. "Hünər bostanının gülü" adlandırdığı qəzəl, eləcə , "mübhəm ifadələr meydanı mətin mənalar məkanı" hesab etdiyi qəsidə janrında, yeri gəldikcə, klassik kanonlardan fərqli olaraq, türk düşüncə-danışıq üslubuna xas elə söz ifadələr işlətmişdir ki, onları, bəlkə Füzulinin yaratdığını klassik poetik dilə gətirdiyini cəsarətlə deyə bilərik. Məs. "ağırlamaq", "iltər", "yüküş", "sataşdırmaq", "qatı", "tutuşmaq" s. "Bir içim su ilə ağırlamadın mehmanın", "Xarü xəs iltər anda ki, quş aşiyan tutar", "Məni kim qurtarar tanrı sataşdırmış bəlalərdən?" s.

Göründüyü kimi, Füzuli bu sahəyə o qədər diqqət yetirmişdir ki, türk  sözlərinin çoxmənalılığından ustalıqla yararlanmış, hər hansı bir sözün mümkün olan bütün variant nüanslarını "istismara" cəlb etmiş, necə deyərlər, ədəbi tədavülə buraxmışdır. Məs. aşağıda ilk son beytlərini verdiyimiz "Yetməzmi" rədifli qəzəlində təkcə "yetmək" sözünün 15 məna çalarını kəşf etmiş, bədii dilə gətirmiş, bu yolla da parlaq təşbeh metafora örnəkləri yaratmışdır:

 

Könül, yetdi əcəl,

            zövqi-rüxi-dildar yetməzmi?

Ağardı muyi-sər,

            sövday-zülfi-yar yetməzmi?

...Füzuli, demə, yetmək

            mənzili-məqsudə müşküldür,

Tutan damani-şər`i-Əhmədi-muxtar yetməzmi?

 

Əsərlərini diqqətlə oxuduqca görürük ki, dahi sənətkar əruz vəzninin tələbilə qədər çox ərəb-fars sözləri işlətmək zorunda qalsa da, məna məzmuna xələl gətirmədən, mümkün qədər türk sözləri işlətməyə onları da əruz təf`ilələrinə uyğunlaşdırmağa çalışmışdır. Bu məsələ Füzulinin diqqət istedadını o qədər məşğul etmişdir ki, başdan-sonadək rədif, yaxud qafiyələri bütünlüklə xalis türk sözlərindən qurulmuş ayrıca qəzəllər yazmışdır. Bəzi araşdırmalarda Füzulinin rədif, yaxud qafiyələri türkcə olan 1-2 qəzəlinin olduğu deyilsə , biz şairimizin bu tipli, yəni qafiyə rədiflərinin təmiz türk dilində olduğu 5 qəzəlini müəyyən etdik. Bu baxımdan

 

Saqiya, cam tut ol aşiqə kim, qayğuludur,

Qayğu çəkmək üçün, cam ilə aləm doludur.

 

- misraları ilə başlayan qəzəli daha çox hallandırılır. Halbuki;

 

Gəlir ol sərvi-səhi, ey gülü lalə, açılın!

Vey məhü mehr, çıxın, qüdrətə nəzzarə qılın!

 

Könül, səccadəyə basma ayaq, təsbihə əl urma,

Namaz əhlinə uyma, onlar ilə durma, oturma.

 

- beytləriylə başlayan qəzəllərindən başqa, məşhur "Məni candan usandırdı..." "Könlümü" rədifli qəzəli sırf türk mənşəli sözlərlə qafiyələnmişdir. Göründüyü kimi, orta yüzil sənətkarlarının fərqinə varmadığı, diqqət yetirmədiyi bu kimi incə məsələlər Füzulinin tükü-tükdən seçən gözündən yayınmamış, diqqətindən kənarda qalmamışdır. Müqayisə üçün deyək ki, yeni dövrdə - XIX əsrdə Füzulini şair saymayan tənqid edən M.F.Axundzadə məqalə məktublarında neçə yerdə "milləti-islam" ifadəsini işlətmiş, yəni dini etnik mənsubiyyətə o qədər fərq qoymamışdır.

Başqa "Leyli Məcnun"lardan fərqli olaraq, Füzulinin eyniadlı poemasındakı əsas obrazlardan biri, özü cəsur, döyüşkən xeyirxah bir igid kimi təsvir etdiyi Nofəlin etnik mənşəcə türk olduğunu da burada qeyd etməliyik.

Maraqlıdır ki, XVII yüzildə yaşamış türk səyyahı Ö.Çələbinin "Səyahətnamə"sində məhərrəmlik zamanı Təbriz şəhərində Füzulinin  "Hədiqətüs-süəda"sı əsasında göstərilən şəbih tamaşalarından biri ətraflı təsvir edilmişdir. Onu da deməliyik ki, "Hədiqətüs-süəda",  orta əsrlərdən başlayaraq, bugünədək türk dili anlaşılan bir çox  ölkələrdə oxunub tamaşaya qoyulmaqdadır. Türkiyəli füzulişünas alim d-r Ş.Güngörün fikrincə, "Füzulinin "Hədiqətüs-süəda"sı əsrimizdə dəxi türk topluluqlarının bulunduqları sahələrdə Pakistan kimi türkcənin iyi bilinmədiyi məmləkətlərin bəzi bölgələrində , özəlliklə, şeirlərinin bir qisminin oxunduğunu eşitməkdəyiz".

Füzuli poeziyası, nəinki Azərbaycan, hətta bütün Yaxın Orta Şərq ədəbiyyatında böyük təsir buraxmış, Türkiyə, İran, özbək, türkmən, tatar s. şair yazıçıları uzun müddət onun əsərlərindən bəhrələnmiş, ölməz qəzəllərinə bənzətmə nəzirələr yazmışlar. "Yalnız Füzulini yetişdirən Azərbaycan sahəsi deyil, Osmanlı cığatay ədəbiyyatları da əsrlərdən bəri onun qüvvətli nüfuzu altında qalmışdır. Daşkənddən Kazana, Krımdan Macarıstan sərhədlərinə, Bağdaddan Qahirəyə, Təbrizdən Buxaraya İstanbula qədər bütün türk sahəsi əsrlərcə onun tərənnümlərini dinlədi. Azərbaycan, İran Güney Qafqaz türklərinin fars dilinin müdhiş təhəkkümünə rəğmən, əsrlərcə türklüklərini mühafizə etmələrində, türk aləminin vəhdətinin pozulmamasında Füzulinin pək böyük bir təsiri vardır". Deməli, Avropa rus imperializminin parça-tikə edib bir-birindən uzaq saldığı Türk dünyasının yüz illərlə vahid-bütöv orqanizm kimi qorunub saxlanmasında, türk-oğuz dil birliyinin bu gün yaşamasında Füzuli dühası istedadının misilsiz xidmətləri olmuşdur. Bu baxımdan, Füzuli divanını Yalnız Dədə Qorqud kitabıyla müqayisə edə bilərik. Son olaraq, demək istərdik ki, orta yüzillərdə - ümmətçiliyin milli-etnik əsasları üstələdiyi dövrdə, ərəb İraqı kimi xurafat cəhalət mühitində yaşasa da, Füzuli milli kimliyini aydın dərk etmiş, dini etnik  mənsubluğu heç vaxt qarışdırmamış, etnik mənşə soykökünün fərqində olmuş öz milli mənsubiyyətiylə fəxr etmiş tək-tək klassik şairlərimizdəndir.

 

Zəkulla Bayramlı

 

Ədəbiyyat qəzeti. - 2023. - 9 dekabr, ¹ 47. - S. 2-3.