Lənkəran Dövlət Dram Teatrındaİki iyirmi üç arasındaadlı tamaşa nümayiş olunub

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib. Lənkəran Dövlət Dram Teatrı da öz növbəsindəHeydər Əliyev İli töhfə olaraq Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadəninİki iyirmi üç arasındaəsəri əsasında eyniadlı verbatim-kompozisiyaya quruluş verib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat fəaliyyətini özündə əks etdirən kompozisiya sənədli teatr estetikasındaverbatim janrında qurulub. Kompozisiyada Ulu Öndərin 1923–2003-cü illər ərzindəki həyat fəaliyyəti təqdim olunur, onun Azərbaycan xalqının ictimai-siyasi, sosial-kulturaloji həyatındakı rolu, millətimizin özünüdərk prosesi yolundakı fəaliyyəti göz önündə canlandırılır. Ulu Öndər milli azərbaycançılıq ideologiyasının banisi kimi təqdim edilir. Kompozisiyanın məqsədiHeydər Əliyev İliçərçivəsində Ulu Öndərin zəngin yaradıcılığını tamaşaçılara yeni nəslə çatdırmaq, müasir Azərbaycanın qurucusu kimi xalqımızın tarixində oynadığı rolu bir daha nümayiş etdirməkdir. Verbatim-kompozisiyanın quruluşçu rejissoru Emil Əskərov, quruluşçu rəssamı Fuad Babazadə, rəssamı Nərgiz Baxşızadədir.

 

 

Ədəbiyyat qəzeti. - 2023. - 9 dekabr, ¹ 47. - S. 13.