Nurəngiz Günün həyat yaradıcılığına həsr olunmuş nəşrlərin təqdimatı keçirilib

 

Yazıçılar Birliyində müasir Azərbaycan ədəbiyyatının parlaq ismi, mərhum Nurəngiz Günün 85 illiyi münasibətilə "Nurəngiz Gün 85 - Ədibin həyat yaradıcılığına həsr olunmuş nəşrlərin təqdimatı" adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə texnika filologiya elmləri doktoru, şair-publisist Elçin İskəndərzadənin Nurəngiz Günə həsr edilmiş "Günəşin elçisi" esse-monoqrafiyası, şair-tərcüməçi Səlim Babullaoğlunun rəhbəri olduğu Tərcümə Mərkəzinin Türkiyənin məşhur ədəbiyyat-sənət toplusu olan "Temrin" jurnalının birgə təşəbbüsü ilə şairəyə həsr edilən xüsusi nömrəsi, Həsən bəy Zərdabi İrs Mərkəzinin təsis etdiyi "Nurəngiz Gün Beynəlxalq Ödül" yarışmasının qaliblərinin, eyni zamanda Nurəngiz Günün xarici ölkələrdə yayınlanan şeirlərindən ibarət antologiyanın şair Maşallah Məftunun Nurəngiz Gün haqqında qələmə aldığı "Güllərin soyqırımı" kitabları geniş oxucu kütləsinə təqdim edilib.

Tədbiri açan Səlim Babullaoğlu Nurəngiz Günün müasir poeziyada xüsusi bir yer tutan, şeirləri bütün yaradıcılığı ilə ədəbiyyat tarixində əbədi yaşayacaq görkəmli şair olduğunu diqqətə çatdırıb. Səlim Babullaoğlu Nurəngiz Günə həsr edilən nəşrlər haqqında danışıb, bu nəşrlərin hər birinin Nurəngiz Gün yaradıcılığının şəxsiyyətinin daha böyük arealda tanınması təbliğ edilməsi baxımından daşıdığı əhəmiyyətdən söz açıb.

Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Nurəngiz Günlə bağlı xatirələrini danışıb, təkrarsız bənzərsiz yaradıcılığının xüsusiyyətlərindən bəhs edib, onun yoxluğunun ədəbiyyatın itkisi olduğunu deyib.

"Günəşin elçisi" esse-monoqrafiyanın müəllifi Elçin İskəndərzadə Nurəngiz Günün Azərbaycan ədəbiyyatındakı müstəsna yeri müstəsna xidmətlərindən danışaraq, esse-monoqrafiyanın yazılma səbəblərindən, xanım şairəyə olan böyük sevgi ehtiramından bəhs edib.

Tədbirdə çıxış edən akademik Teymur Kərimli, deputat Arzu Nağıyev, professor Vaqif Yusifli, ədəbi tənqidçi, "Azərbaycan" jurnalının baş redaktor müavini Əsəd Cahangir, "Qobustan" jurnalının baş redaktoru, yazıçı Pərvin, filologiya üzrə elmlər doktoru Bahar Bərdəli, "Zərdabi Nəşr" nəşrlər evinin direktoru Elman Qasımov, tarix üzrə fəlsəfə doktoru, milyonçu Ağamusa Nağıyevin nəvəsi Dilarə Nağıyeva, şairə Aləmzar Sadıqqızı, Narıngül Nadir başqaları təqdim edilən nəşrlərin ədibin həyatı yaradıcılığı haqqında müfəssəl məlumat-mənbə xarakteri daşıdığını, bu nəşrlərin Nurəngiz Gün haqqında tədqiqat aparacaq gənc tədqiqatçılar, alimlər üçün sanballı bir qaynaq olduğunu bildiriblər. Çıxışçılar şairənin ədəbiyyatımıza bəxş etdiyi əsərlərin mənəvi dəyərindən, bu əsərlərin aşıladığı vətən, torpaq, yurd, insan, təbiət, ana sevgisindən bəhs edib, bəşəriyyətə xitab edən dünyəvi poemalarından söhbət açıblar. Çıxış edənlər Nurəngiz Günün yaradıcılığının daha geniş əhatəli şəkildə, elmi əsaslarla tədqiq edilməsinin vacibliyini vurğulayıblar.

Sonra çıxış edən şairənin qızı, filologiya elmləri doktoru, deputat Jalə Əliyeva anasının xatirəsinə göstərdikləri ehtiram üçün kitab müəlliflərinə, Yazıçılar Birliyinə təşəkkürünü bildirib.

 

Sərvaz Hüseynoğlu

 

Ədəbiyyat qəzeti. - 2023. - 30 dekabr, № 52. - S. 10.