“Uşaq ədəbiyyatında Tofiq Mahmud imzası” kitabı - çap olunub

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu “Uşaq ədəbiyyatı” şöbəsinin əməkdaşlarının birgə fəaliyyəti nəticəsində “Şəxsiyyətin pasportu” seriyasından “Uşaq ədəbiyyatında Tofiq Mahmud imzası”  kitabı çap olunmuşdur. “Elm təhsil” nəşriyyatında işıq üzü görmüş monoqrafiyanın ön sözünün müəllifi akademik İsa Həbibbəyli, rəyçisi professor Şirindil Alışanlı, elmi redaktoru filologiya elmləri doktoru Elnarə Akimova, məsul redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlıdır.

Kitabda Azərbaycanın tanınmış uşaq şairi yazıçısı Tofiq Mahmudun ömür yoluna yaradıcılığının bütün tərəflərinə işıq salınmış, görkəmli yazıçının zəngin ədəbi irsi, şəxsiyyətinin istedadının miqyası, nümayiş etdirdiyi fəal ziyalı mövqeyi Elnarə Akimovanın “Tofiq Mahmud imzası ədəbi-nəzəri fikirdə”, Mətanət Vahidin “Tofiq Mahmudun uşaq poeziyası – balacaların dünyasına açılan pəncərə”, Gülnar Qəmbərovanın “Tofiq Mahmudun uşaq nəsri”, Səadət Bayramovanın “Tofiq Mahmudun poemaları”, İlhamə Ağazadənin “Milli-özünüdərkin formalaşmasında Tofiq Mahmudun uşaq dramlarının rolu” adlı analiz yazılarında elmi-nəzəri səviyyədə öz əksini tapmışdır.

 

Ədəbiyyat qəzeti. -  2023. -  30 dekabr, ¹ 52. - S. 10.