“Maya” filminin təqdimatı keçirildi

 

Bu gün Nizami Kino Mərkəzində “Maya” filminin təqdimatı keçirilib.

Tədqimatı giriş sözü ilə filmin ssenari müəllifi rejissoru, Azərbaycan Yazıçılar Brliyinin İdarə Heyətinin Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Xəyal Rza açıb. Daha sonra rejissor, Xalq artisti Oktay Mir Qasım çıxış edib. O, tələbəsi Xəyal Rzanı təbrik edərək, ona xoş arzularını çatdırıb.

Təqdimat mərasimində tanınmış qələm adamları, kino sənətinin nümayəndələri iştirak ediblər.

Filmin operatoru Rafiq Əliyev, operator assistenti Kənan Fərzəliyev, montaj rejissoru Aydan Əhmədova, prodüseri Tahir Tahiroviç, bədii rəhbəri isə görkəmli kinorejissor, Xalq artisti Oktay Mir Qasımdır.

Qeyd edək ki, çəkilişləri Ağdam, Bərdə Sabirabadda baş tutan filmdə əzablı, iztirablı qadın taleyindən bəhs edilir.

 

Ədəbiyyat qəzeti.- 2023.- 25 fevral.- S.21.