Dilarə Əliyeva: Düşünürəm ki, teatr səhnəsindəki

oyunum da tamaşaçılar üçün maraqlı olacaq

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında hazırlanan librettosu Xalq yazıçısı Anara, musiqisi Xalq artisti Vasif Adıgözəlova məxsusAdamın adamıtamaşasında Nazlı-qəmzəli obrazını canlandıracağam. Bir neçə ay öncə Musiqili Teatrın rəhbəri, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdən yeni tamaşada iştirak etmək üçün təklif aldım. Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda hazırlananAdamın adamıadlı səhnə əsərinin məşqləri hazırda uğurla davam etdirilir. Xaraktercə mürəkkəb olan bu rolun məsuliyyətini dərk etdiyimdən dərhal qərar verməkdə çətinlik çəkdim. O vaxt teatrın bu təklifini ailəmlə müzakirə etdim müsbət qarşılanması məni daha da ruhlandırdı. Tamaşaçılar məni daha çox televiziya ekranlarından tanıyırlar düşünürəm ki, teatr səhnəsindəki oyunum da onlar üçün maraqlı olacaq.

Bu barədə Əməkdar artist Dilarə Əlıyeva məlumat verib.

Göstərilən doğma münasibətə görə teatr rəhbərliyi başda olmaqla, kollektivə təşəkkürünü bildirən aktrisa Musiqili Teatrla əməkdaşlığından məmnun olduğunu dilə gətirib.

Tamaşada mənimlə yanaşı Xalq artistləri Fatma Mahmudova, Pərviz Məmmədrzayev, Əməkdar artistlər Ələkbər Əliyev, Əkbər Əlizadə, Çingiz Əhmədov, Şövqi Hüseynov, Almaz Ələsgərova, İqrar Salamov, aktyorlar Nicat Əli, Ülviyyə Əliyeva, Türkel Tariqpeyma, Hüseyn və Gültac Əlili, Şaban Cəfərov, Gülcahan Salamova, Elxan İsmayılov, Ruslan Mürsəlov, İbrahim Əlizadə, Hidayət Əliyev, Nigar Qarayeva, Günay Qasımova və Cəbrayıl Cəbrayılov da iştirak edirlər. Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, rejissoru Elməddin Dadaşov, konsertmeysteri Fidan Əliyeva, rejissor assistenti Tamilla Aslanovadır”, - deyə Əməkdar artist vurğulayıb.

 

Ədəbiyyat qəzeti.- 2023.- 8 iyul.- S.32.