Mikayıl Müşfiqin anadan olmasının 115 illiyi münasibətilə silsilə tədbirlər hazırlanıb

 

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı, şair, tərcüməçi Mikayıl Müşfiqin anadan olmasının 115 illiyi tamam olur. Mikayıl Müşfiq şəxsiyyəti yaradıcılığı gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şairin həyat yaradıcılığından bəhs edən elektron baza, videomaterial, həmçinin virtual kitab sərgisi hazırlanıb.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan elektron bazada görkəmli ədibin həyatı yaradıcılığı haqqında geniş məlumat verilib. BuradaMüşfiq türk ədəbiyyatı”, “Müşfiq aşıq yaradıcılığı”, “Müşfiqin tərcümələri”, “Sözləri Mikayıl Müşfiqindirbölmələri yer alıb, müxtəlif illərdə çap edilən kitablarının biblioqrafik təsviri öz əksini tapıb. Məlumat bazasındaMüşfiq xatirələrdə”, “Fotoqalereya”, “Videoqalereyabölmələri ilə yanaşı, “Müşfiq haqqında deyilənlər”, “Müşfiqə həsr olunmuş şeirlər təqdim edilib.

Mikayıl Müşfiqin anadan olmasının 115 illiyi ilə əlaqədar hazırlanan videomaterialda şairin həyat yaradıcılığı haqqında məlumatlar təqdim olunub. Materialda, həmçinin Müşfiqin tərcümələri haqqında məlumat verilib, sözlərinə yazılmış mahnılar da təqdim edilib.

Könüllərdə əbədi tarix quran şairMikayıl Müşfiqhaqqında hazırlanan virtual sərgidə ədibin həyat yaradıcılığının əsas tarixləri, “Əbədiyyət nəğməsi”, “Seçilmiş əsərləri”, “Könlümü al, oxu!” kimi kitablarının haqqında yazılanMüşfiqli günlər”, “Mədəni irs Müşfiq novatorluğu”, “Müşfiqin sənət aləmikimi kitabların, eləcə Sevgimizdə Müşfiq ruhu”, “Ah, bu uzun sevda yolu”, “Müşfiqli dünyanın təntənəsi”, “Ölüm adasında son nəfəskimi dövrü mətbuatda çap olunan məqalələrin biblioqrafik təsviri yer alıb.

 

Ədəbiyyat qəzeti.- 2023.- 10 iyun. S. 3.