Qubadlı bölməsinin adı dəyişdirildi

 

14 iyun tarixində Azərbaycan Yazıçılar Birliyində katibliyin növbəti toplantısı keçirilib. AYB.az xəbər verir ki, gündəlikdəki məsələlərin müzakirəsi zamanı Birliyin Qubadlı bölməsinin adının dəyişdirilməsi təklifi səsləndirilib. Təklif müzakirə edilib səsə qoyulub. Yeni qərara əsasən Azərbaycan Yazıçılar Birliyinin Qubadlı bölməsi bundan sonra Şərqi Zəngəzur bölməsi adlandırılacaq.

 

 Ədəbiyyat qəzeti.- 2023.- 24 iyun.- S.13.