Dəniz də qadın
kimidir
Gözləri mavi... badamı...
Bu, bir xasiyyət,
adamı?
Özünə çəkir adamı,
Dəniz də qadın kimidir.
Hərə bir tikə götürür,
Dəniz aparır, gətirir.
Yamanca ləkə götürür,
Tərtəmiz adın kimidir.
İstəyim yaşıl - solmur
heç,
Üzümə gülmür, almır heç.
Dadından doymaq olmur heç,
Şirincə dadın kimidir.
...gözləri mavi...
badamı...
Özümü salım odamı?
...özünə çəkir
adamı,
Dəniz
də qadın kimidir...
Səsini eşidib ölüm
Ta burax umu-küsünü,
Di tanı yaxşı-pisini.
Danış - eşidim səsini,
Səsini eşidib ölüm.
Bildim - ürəyin məndədir,
Ruhunsa çox-çox
gendədir.
Yaxşılar yaxşı gündədir,
Pisini eşidib
ölüm.
Yuxuda gördüyüm qızın,
Saçını hördüyüm qızın,
Qəlbimi verdiyim qızın,
"Hə"sini eşidib
ölüm.
Xoşa gəlmədi
Dördnala çapıb gəlmişəm,
Gəlişim xoşa gəlmədi.
Sevinci tapıb gəlmişəm,
Gülüşüm xoşa
gəlmədi.
Qürubda günəş kimiyəm,
Soyuqda atəş
kimiyəm.
Qapqara həbəş kimiyəm,
Bil, işim xoşa
gəlmədi.
Almadım heç həyatdan
kam,
...ağıllar alan
şərabam.
Pisi məhv edən "harop"am,
Gül işim xoşa
gəlmədi.
Hər tərəf üzümə
gülür,
Nurum göylərə
yüksəlir.
...əlimdən yaxşılıq
gəlir,
Əl işim xoşa
gəlmədi.
Təbriz
Keçmiş deyil, dünən
deyil,
Zirvələrdən enən deyil.
Haqq istəyir - dönən deyil,
Qalxıbdı ayağa Təbriz.
İlahi,
haqsızlıq çökə,
Haqsızlıq insana ləkə.
Nər ola - bu
dərdi çəkə,
Qalxıbdı ayağa Təbriz.
Qarabağ dərdsiz dərdimiz,
...kövrək-səhv, sərt-düz dərdimiz...
Oyanıb
Təbriz dərdimiz,
Qalxıbdı ayağa Təbriz.
Qalxıbdı ayağa Təbriz.
Turan sevgisi
Sabaha gedirik, nurlu sabaha,
Arzular, istəklər
dördnala çapır.
Bir fikir bələyir nuruna bizi,
Bir sevgi hər yerdə bizləri tapır -
Qəlblərdə göyərən Turan
sevgisi!
Vətənlə döyünür ürəklərimiz,
Düşmənə atılan sapand daşıyıq.
Şəhidlər verdi bu qüruru bizə,
Müzəffər ölkənin vətəndaşıyıq
-
Qəlbimizdə nurlu Turan sevgisi!
Zirvəyə yüksəlir Turan
elləri,
Düşmənə eləcə göz dağı olur.
Bayrağa büründü şəhid
oğullar,
Zirvələrdə Türkün bayrağı olur -
Bayrağın özündə Turan
sevgisi!
Yuxularımın baş verdiyi məkan
Balaca uşaqlar kimi
Kirpiklərimin ətəyindən tutaraq
Getmək
istəyirəm
Yuxularımın baş verdiyi məkana...
Nəsə özünə çəkir
məni,
Yamanca çəkir ağuşuna...
Çiçəklərin ətrindən məst oluram,
Heç
baxmıram küləyinə,
yağışına...
...orada sən varsan, ay Ana!..
...orada işıqlı, yaraşıqlı,
Geniş
küçələr,
Orada ay işığına məftun
olan
Sehirli gecələr,
Sirli gecələr
Adamın
üzünə gülür...
...məni qoyarsanmı
Yuxularımın baş verdiyi o məkana?!
Səninçün yaman darıxmışam.
ay ana!!!
Gecə
Ulduzlar sevilir, deyəsən,
Ulduzlar sevinir, deyəsən...
Ulduzlar eləcə
Göy üzünə
səpələnir.
Gecədən doğulur qaranlıq,
Qaranlıq doğulur gecədən...
Ay doğur qaranlıqda,
Ay işığında sevgi
doğulur...
Sevgidən başqa
Boğulur hər şey gecədə.
...Gecə öz həyatını yaşayır,
Gecə
bizi sabaha daşıyır -
Sevgi dolu nurlu bir
sabaha!..
Qondum quş qanadına
İnandım təmiz adına,
Güvəndim pak inadıma.
Qondum bir quş qanadına,
Uçdum göylərə, göylərə...
Sərrast açılmış atəşəm,
Harayla, bəlkə yetişəm...
...Parlaq alovlu günəşəm,
Saçdım göylərə, göylərə...
İşıqlandırdın yolumu,
Göylər sevgiylə dolumu?!.
Sevənlər kimi qolumu
Açdım göylərə, göylərə...
Sevinc, kədər bir üzündə,
Həddən çoxdu sirr üzündə.
Pislik görüb Yer üzündə,
Qaçdım göylərə, göylərə...
Fazil Əsəd
Ədəbiyyat qəzeti.- 2023.- 18 mart.- S.11.