İnək

 

Bu inək bu ilkidir

Buğa bəyin ilkidir.

Bir yandan moo-moo deyir,

Bir yandan da süd verir.

 

Birə, milçək bacada

 

 Düşmüşdü əsirliyə

Birə, milçək bacada.

Milçək bezdi: - Gəl, qaçaq!

Birə dedi: - Gəl, uçaq!

Düz bacanın başından

Tez yol tapıb uçdular.

 

Oqden NƏŞ(1902-1971) ABŞ

İngilis dilindən tərcümə edən: Şahin Xəlilli

Ədəbiyyat qəzeti.- 2023.- 27 may.- S.8.