Ev tapşırığı

 

 Tapşırıq, ay tapşırıq

 

Lap apardın zəhləmi!

 

Tullayardım içinə

 

Olsaydı bir zirzəmi.

 

Əlimə bomba düşsə

 

Partladardım mən səni.

 

Tapşırıq, ay tapşırıq,

 

Lap bezdirdin sən məni.

 

 

İnan ki, sənə görə

 

Bu dənizdə üzərdim

 

Mən köpək balığıyla.

 

Şir ilə güləşərdim,

 

Bir qaranlıq meşədə.

 

İspanaq, qaraciyər,

 

Bir-bir kirpi yeyərdim

 

Müəllimin verdiyi

 

Tapşırığın yerinə

 

 

Tapşırıq, ay tapşırıq

 

Sən evdə son yerdəsən.

 

Düzü başa düşmürəm,

 

Niyə varsan, görəsən?!

 

Yox, əgər qeybə çıxsan,

 

Şad edərdin sən məni.

 

Tapşırıq, ay tapşırıq,

 

Lap bezdirdin sən məni!

 

 

Cək Prilutski(1940) ABŞ

İngilis dilindən tərcümə edən: Şahin Xəlilli

Ədəbiyyat qəzeti.- 2023.- 27 may.- S.8.