NeftçaladaHeydər Əliyev İli

ilə bağlı tədbir keçirilib

 

Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində YAP Neftçala rayon təşkilatı noyabrın 15-də tədbir keçirib.

YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.

Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyatını, çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara Ulu Öndərin 100-cü ildönümü münasibətilə təşkil olunan rəsm sərgisinə baxıblar.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Ulu Öndərin həyat fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev tarixi şəxsiyyət, görkəmli siyasi dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqının taleyində misilsiz rolundan danışıb, Azərbaycan tarixinin bütöv bir dövrünün dahi şəxsiyyətin şərəfli adı möhtəşəm fəaliyyəti ilə bağlı olduğunu deyib. Bildirib ki, Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan bu gün dünyada güclü nüfuzlu dövlətə çevrilib.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov qeyd edib ki, Ulu Öndərin müstəqillik illərində ölkəmizə rəhbərliyi dövrü Azərbaycan xalqının tarixi yaddaşına sabitlik inkişaf mərhələsi kimi həkk olunub. Ümummilli Lider bütün həyatını Azərbaycanın inkişafına həsr edib onun zəngin irsi bugünkü uğurlarımızı şərtləndirir. M.Seyidov Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində ölkəmizin tarixi uğurlara imza atdığını diqqətə çatdırıb.

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov söyləyib ki, 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirdi, ölkəmizi məhv olmaq təhlükəsindən qurtarıb. Ümummilli Lider Heydər Əliyevin müasir müstəqil Azərbaycana rəhbərliyinin əsas nəticəsi ondan ibarətdir ki, dağılmaq ərəfəsində olan ölkəmiz dinamik inkişaf edən bir dövlətə çevrilib. Azərbaycanı inkişaf yoluna çıxarmaq üçün böyük zəhmət sərf olunub. Odur ki, Heydər Əliyevin qurucusu olduğu bugünkü Azərbaycanı daim qorumalıyıq.

YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün dönəmlərdə liderlik missiyasını layiqincə yerinə yetirib. Onun uzaqgörən məqsədyönlü siyasəti sayəsində müstəqilliyimizin dönməzliyi təmin edilib Azərbaycan böyük intibah yoluna qədəm qoyub.

Sonra çıxış edən partiya veteranı Oqtay Kərimov Ədəbiyyatqəzetinin baş redaktoru Azər Turan qəlbi daim Vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan Heydər Əliyevin Azərbaycan tarixindəki müstəsna rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən danışıblar.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalına Fəxri fərman, YAP sıralarına yeni qoşulmuş gənclərə isə üzvlük vəsiqələri təqdim olunub.

 

Kürçaylı Məmmədov

 

Ədəbiyyat qəzeti.- 2023.- 18 noyabr, ¹44.- S.17.