Özbək ədəbiyyatına həsr olunmuş

monoqrafiya nəşr olunub

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun icraçı direktoru, fil.f.d., dos. Mehman Həsənlinin “XX əsrin əvvəllərində özbək ədəbiyyatında cədidizm (Əbdürrauf Fitrətin yaradıcılığı əsasında)” monoqrafiyası çap olunub.

Monoqrafiya XX əsrin əvvəllərində özbək maarifçi fikrinin formalaşmasında mühüm rol oynamış, cədidçilik hərəkatının əsas nümayəndələrindən biri olan Əbdürrauf Fitrət onun müasirlərinə həsr edilib. Nəsr, dramaturgiya, poeziya publisistikada dəyərli əsərlər yazaraq təkcə özbək ədəbi fikrində deyil, ümumilikdə türk dünyasının maarifçi düşüncəsinin inkişafında müstəsna xidmətlər göstərmiş Əbdürrauf Fitrətin çoxcəhətli yaradıcılığı tədqiqat işində araşdırılıb. Monoqrafiyada Əbdürrauf Fitrətin yaradıcılığı kontekstində özbək dramaturgiyasının romançılığının yaranması, poeziyada publisistikada cədid ideyalarının təbliği məsələləri tədqiq edilib.

Xatırladaq ki, kitab fil.f.d., dos. Mehman Həsənlinin 2013-cü ildə müdafiə etdiyi magistr dissertasiyanın əsasında nəşrə hazırlanıb. Monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru, dosent Almaz Ülvi Binnətovadır.

 

Ədəbiyyat qəzeti.- 2023.- 16 sentyabr.- S.32.