Ulu Öndərin poetik portreti

adlı kitab nəşr edilib

 

KaspiTəhsil Şirkəti dahi lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti iləUlu Öndərin poetik portretiadlı kitab nəşr edib. Kitab Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilinHeydər Əliyev İlielan olunmasınaKaspiTəhsil Şirkətinin töhfəsidir.

Azərbaycan Xalqının Ümummilli Liderinə həsr olunan tanınmış ədəbi imza sahibləri tərəfindən yazılan ən gözəl yüz şeir bu topluda yer almışdır. KaspiTəhsil Şirkətinin maliyyə dəstəyi ilə nəşr olunan kitab görkəmli dövlət xadimi Heydər Əliyevin şairlər tərəfindən yaradılan poetik portretidir.

Kitabın layihə rəhbəri redaktoru Əməkdar jurnalist, filologiya elmləri doktoru Sona Vəliyevadır. Eyni zamanda S.Vəliyeva kitabaUlu Öndər Heydər Əliyevə poeziyamızın məhəbbətiadlı geniş müqəddimə yazararaq dahi liderin Azərbaycan xalqının həyatındakı unudulmaz rolundan xidmətlərindən söz açıb, həmçinin kitabda yer alan poetik əsərləri şərh edib.

KitabZərdabinəşriyyatı tərəfindən çap olunmuşdur.

 

 Ədəbiyyat qəzeti.- 2023.- 20 yanvar.- S.11.