Son gün
Birdən yaşamağa gücüm çatmasa,
İşdi, birdən ölsəm, incimə məndən.
Fəsillər dəyişir insan ömrütək,
Ayrı pəncərədən baxırsan hərdən.
Birdən bu tikantək batan ömrümün
Son anı yetişdi, son günü çatdı.
Hisslərim qocalıb, göz yaşım bitib,
Elə
hiss edirəm, ta çataçatdı.
Mənim
səhərlərə sözüm
tükənib,
Bir evim olmadı qapısı sınıq.
Gözəl gül baxçalı
bağım olmadı,
Qoca qovaq kimi budağım
qırıq.
Kim çatdı, qopardı, getdi canımdan,
Kim getdi, geriyə gətirəmmədim.
Zəhərdir acısı ayrılıqların,
Heç
cürə içəri
otürəmmədim.
Üzüb dənizində ömrün,
yoruldum,
Gözünə döndüyüm həyat
bu imiş.
Böyüklər xırdanı, güclü
zəifi,
Fillər
qarışqanı dipdiri
yemiş.
Canımdan qalmadı sənə
bircə pay,
Son sözüm, son üzüm
qalsın yadında.
Mənim
də qismətim səndə gizliymiş,
Adım
nişanədir sənin
adında.
Birdən
yaşamağa gücüm
çatmasa,
İşdi, birdən ölsəm,
incimə məndən.
Fəsillər dəyişir insan
ömrütək,
Ayrı
pəncərədən baxırsan
hərdən.
Kamrana
Qürbət gözlərində yuxu
kimidir,
Diqqətlə üzünə baxa
bilmirəm.
Telefon
da küsür zəng
etməyəndə,
Sənsiz
ayı, günü yata bilmirəm.
Dünyada nə qədər
sevgi var, oğlum,
Deyə
bilmərəm ki, hamısın
bildim.
Mən səni özümə
ilk itən eşqim,
Həm oğlum, həm sevgim, həm ata bildim.
İtirdiyim hər kəs səndə gizlidir,
Gəlsən, bəlkə həsrət
tez bitə, balam.
Küçələr sən boyda, sənin biçimdə,
Hər yan sən qoxuyur,
bir yada salam.
Allah, bu həsrətin qanadını kəs,
Ya mən gedə bilim, ya onu
gətir.
Bir ildə bir dəfə
çıxarmadım səs,
Bir dəfə yazmadım şeir bir sətir.
Qəmin şəkli
Adamın
gedəni ola,
Gəldiyi günü gözləyə.
Məktublar gələ uzaqdan,
Gördüyü günü gözləyə.
Gözləyə gözlərindəki,
Qəmdən şəkil çəkə-çəkə.
Gözləyə dərdi cücərdib
Ürəyində əkə-əkə.
Uzaqlar
ola uzaqlar,
Uzaqdan baxan, gəlməyən.
Bir dəfə üzünə
həsrət,
Bir daha elə gülməyən.
Adamın
gedəni ola,
Gəldiyi günü gözləyə.
Bağ-bağat sala dünyada,
Dərdiyi gülu gözləyə.
Gözləyə gözünü tutan
Tor aləmi bürüyüncə.
Gözləyə gözləyə onu,
Yaşayınca, həm ölüncə.
Adamın
gedəni ola,
Çıxa qatarın yoluna.
Təyyarənin zolağına,
Sakitcə onu gözləyə.
Unut
məni
Baxışını dərməyə,
sevinməyə, gülməyə,
Durub sizə gəlməyə,
nə gücüm
var, nə izim.
Çıx dənizin yoluna,
bax sağına-soluna,
Düş ayrılıq yoluna,
unut məni, əzizim.
Dumana, çənə sarıl,
yağışa məktub
yolla,
Get bu əzablı yolu ən kəsə,
qısa yolla.
Ayrılıq tanır məni,
biz köhnə dostuq onla,
Qorxma, sənsiz ölmərəm,
unut məni, əzizim.
De, nağıl oldu, getdi, de, yuxu gördüm, bitdi,
Axı bir vaxt var idi,
nə oldu, hara getdi?
Buludlarda
göründü, dumana
dönüb itdi,
Var-gəl elə könlünlə, unut məni, əzizim.
Qışda baharım qaldı,
sevməyə vaxtım
dardı,
Belə
sevgimi olur? Bu nə biçimdə yardı?!
Dərd
bənd-bərəni kəsib,
məni adamam sanma.
Gedib uzaqdan anma, unut
məni, əzizim.
Sabahı
mənsiz açıb,
canında gəzmə
məni,
Duymayım zərrə qədər
mənsizliyin kədərin.
Sevin, qurbanın olum, sevin, unutsan məni,
Gözündən sevgini sil, unut məni, əzizim.
Dəyişib
Allah, sən pıçılda
mən yazım,
Göndərdiyin bəndələrin dəyişib.
Sən də incimisən deyəsən, Allah,
Doğruların, əsillərin dəyişib.
Qış yazmısan ürəyimə
yaz ömrü,
Qaralt, bir də təzə
yerdən yaz, ömrü,
Bu bir anlıq, bir həsrətlik az ömrün
Çirkinləri gözəlləri dəyişib.
Bu dünyada hər nə var, yalan olub,
Bir həqiqət elə özün qalmısan.
Nə vermisən, ruhuma haram olub,
Bir tək canım, bir də sözüm
qalmışam.
Şairləri də dəyişdi
zamanla,
Ha axtardım gur çıraqla, amanla,
Azıb
gedib söz sərrafı dumanla,
Şeirləri, qəzəlləri dəyişib.
Bu dünyanın əzəlləri
dəyişib,
Bu dünyanın gözəlləri
dəyişib.
Ruhu
dəli
Hər dəfə özüm ücün
Özümdən pay saxladım.
Hamı
atıb gedəndə,
Tutsun əlimdən mənim.
Özümlə oxuduğum
Kitablar çox şey bilir.
İçdiyim qəhvətək tünd,
Dərdi-sərimdən mənim.
Canımı saran ağrı
İliyimə işləyir.
Yeyib, bitib, yapışıb
Quru dərimdən mənim.
Güzgü də tərslik
edir,
Bu gün solğun göstərir.
Bu dünya nə istəyir,
Ruhu dəlimdən mənim?!
Anam
bilmədi
Uşaq
idim, yumaq idim,
Bir sevdaya qonaq idim.
Palıd
idim, qovaq idim,
Dərdimi anam bilmədi.
Yudu yağışlar arzumu,
Çəkdi qarğuşlar nazımı.
Qış etdi fələk
yazımı,
Dərdimi anam bilmədi.
Deyindi, bəxtim deyindi,
Qırmızı donun geyindi,
Ömrüm tələsik, yeyindi,
Dərdimi anam bilmədi.
Zarıdım, səsim batınca,
Ağrı sinəmə batınca,
Gözümü yumub yatınca,
Dərdimi anam bilmədi.
Torpaq altında çiçəyəm,
Bu gün, sabah cücərəcəm,
Bir də dünyaya gələcəm,
Dərdimi anam bilmədi.
Bağçalı ev
Bağçalı evin olsun, gül-çiçəkli, qoxulu,
Noğullu donun olsun, bənövşəli toxulu.
İsti
bir yuvan olsun, soba yanında kətil,
Pəncərədən baxasan göy üzünə yuxulu.
Evin damı bacalı, həyətində bağ-bağat,
Darvazanın önündə it dayanmış
farağat,
Boy-boy ağaclar olsun, üstü çiçəkli
meyvə,
Həyətdə səhəng, çatıl,
babandan qalma heybə.
Darıxasan içində çağlayan
sevgi üçün,
Nədən o atlı oldu, mən piyada, de, neçin?
Heçmi sevmədi məni?
Ya sevdi öz sevgisin?
İndi necə unudum heç olmayan bir kəsi?
Bu yuvayla, ocaqla baş edən sevgi tapıb,
Dam-bacanı suvayıb daş edən əhdə çatıb.
Sevgidən yoğrulubdu həyətimizdə
təndir,
Sevgi nənəm təndirə
sevgiylə çörək
yapıb.
Mənim
niyə ruhumda tükənib sevgim, niyə?
Kim yeyib sevgi payım,
yara çıxıb
dilinə.
Kimə
ötürdün Allah, ürəyimin
naləsin?
Bu hay-küyün içində
daha çıxmayır
səsim.
Kitab rəfi
Ta uşaq çağından
möcüzəm idi
Dədəmin sehrli kitab rəfləri.
Şəklinə baxırdım gizlincə
hər gün
Hələ bilməyəndə mən
hərfləri.
Səhərlər açarla qapı
bağlansa,
Gedib pəncərədən seyr
eləyərdim.
Sanki kitabların əlləri vardı,
Mənimlə birlikdə rəqs
eləyirdi.
Rəngbərəng kitablar onda yaşardı
Xoşbəxt çağlarını, xoş çağlarını.
Bizə
bilik verdi, bizi böyütdü,
Gördü dərd çağımı,
kədər çağımı.
Əsgər də göndərdi
qardaşlarımı,
Qonaqlı-qaralı toy da eşitdi.
Gəlin
də köçürdü,
nəvə də gördü,
Pis günə, xoş günə bizlə eşitdi.
Özün fəda edib oğula, qıza,
Sonra da şam kimi əridi
dədəm.
Onda da kitablar çatdı dadına,
Başının ucunda gözlədi
hər dəm.
Dədəm bu dünyadan köçüb gedəndə,
Kitablar bir küncdə soldu, saraldı,
Mənimlə bərabər boynunu
büküb,
Kitab rəfləri də kimsəsiz qaldı.
İndi bir balaca komaya
köçüb
Dədəmin vüqarlı kitab rəfləri.
İndi nadan olub onun
ətrafı,
Axmağın başqadır küt
hədəfləri.
Kitabdan anlamaz əllər toxunur,
Solur barmaqları yad əllərində.
Kitab dolabının həzin dərdindən
Bu hay-küy, taqqıltı insanlara nə?
Alıb
kitabları yorğun çiynimə,
Səmum
səhrasında yola düşmüşəm.
Bir ev yoxa çıxıb,
doğmalar dolu,
Kitab bəhanədir, dərddən
bişmişəm.
Dədəmin sevgili kitab rəfləri,
Əziz
əlləriylə düzdüyü
rəflər,
İndi onun kimi öpür
alnımdan,
Bir zaman əlimi üzdüyüm
rəflər.
Yuxuda qapının zili çalındı,
Oyandım, hövlnak qapıya
baxdım,
Qapını taybatay açdım
gunəşə,
Dədəli günlərə nə
çox darıxdım.
Aysel Fikrət
Ədəbiyyat qəzeti.- 2024.- 13 dekabr, №49.- S.42.