“ADA” Universitetinə
Kolumbiya
ədibləri ilə görüş keçirilib
Dekabrın 10-da “ADA” Universtetində Kolumbiya Respublikasının
Azərbaycan Respublikasındakı
fövqəladə və
səlahiyyətli səfiri
Luis Fernando Quartas Ayalanın
iştirakı ilə
tanınmış Kolumbiyalı
ədiblər- Lauren Mendinueta,
Martin Gomez, Carlos Alfredo Betancourtla görüş, “Kolumbiya ədəbiyyatı dünya
ilə dialoqda” adlı ədəbi tədbir keçirilib. Görüşdə Azərbaycan
Yazıçılar Birliyinin
katibi, şair Səlim Babullaoğlu da iştirak edib.
Tədbiri giriş sözü
açan Milli Məclisinin
deputatı, “ADA” Universitetinin
prorektoru Fariz İsmayılzadə qonaqları
salamlayıb, keçirilən
tədbirin vacibliyini dilə gətirib, Kolumbiya ədəbiyyatının
həm Latın Amerikası, həm də ispandilli ədəbi arealda xüsusi və vacib çəkisindən
danışıb. Daha
sonra isə səfir Luis Fernando Quartasa
söz verilib. Cənab səfir ADA Universitetinə minnətdarlığımı
ifadə edib, belə bir tədbirin
ölkələrimizin mədəni
əlaqələrində mühüm
rol oynayacağına inamını ifadə edib.
Sonra Fariz İsmayılzadənin
moderatorlığı ilə
tədbir öz işinə başlayıb.
Səlim
Babullaoğlu “Kolumbiya-Azərbaycan
ədəbi əlaqələri:
Markesdən başlayan
yol, tərcümə
məsələləri, perspektivlər”
mövzusunda çıxış
edib, Markesin Azərbaycan dilinə tərcüməsinin tarixindən,
Xose Asunsiyon Silva, Pyedad Bonet kimi Kolumbiya şairlərin yaradıcılığından, ümumiyyətlə Borxes,
Lorka, Ximenes, Pas, Xuarros,
Vila-Matas, Lyosa və başqa görkəmli ispandilli ədiblərə Azərbaycanda
maraqdan söz açıb.
Tanınmış şair, esseist və tərcüməçi
Lauren Mendinueta Milli və
mədəni kimlik haqqında düşüncə
vasitəsi olaraq poeziyanın əhəmiyyəti,
kolumbiyalı qadın
kimliyini müəyyən
edən mədəni kontekst, yazıçı
və şairlərin
ictimai rolu ilə bağlı fikirlərini bölüşüb.
Eyni zamanda xanım Lauren görüş
iştirakçılarının maraqla qarşıladığı
şeirləri oxuyub.
Kolumbiyalı naşir, mədəni
işlər üzrə
təşkilatçı Martín
Gómez İspan-Amerika ədəbiyyatının
beynəlxalq bazarlarda təbliği, kolumbiyalı
yazıçıların dünya
səhnəsində tanıdılması
ilə bağlı təcrübələrini bölüşüb.
O, yazıçıları yeni regionlara tanıtmaq üçün istifadə
olunan mexanizmləri, həmçinin İspan-Amerika
ədəbiyyatının qlobal
kontekstdə qarşılaşdığı
imkanlar və çətinlikləri dilə
gətirib.
Kolumbiyalı tanınmış tarixçi
və yazıçı
Carlos Alfredo Betancourt Valle del Cauca bölgəsinin
tarixi qorunması sahəsində fəaliyyətində,
tarix və ədəbiyyat mövzusundan
danışıb, tarix
və yerli biliklərin mədəni kimliyin qorunmasında və gücləndirilməsində
oynadığı rolu,
yerli hekayələrin
kollektiv yaddaşın
mühüm tərkib
hissəsi olaraq necə xidmət etməsi, bu hekayələrin beynəlxalq
səviyyədə tanıdılması
yolları problemi ilə bağlı fikirlərini səsləndirib.
Tədbirin sonunda “ADA” Universteti
tələbə xidmətləri
şöbəsinin rəhbəri,
Azərbaycan Yazıçılar
Birliyinin üzvü Günel Əsgərovanın
moderatorluğu ilə
qonaqlar tələbə
və müəllim heyətinin çoxsaylı
suallarını cavablandırıblar.
Ədəbiyyat qəzeti.- 2024.-
13 dekabr, №49.- S.29.