Şeir nədir?
Şeir mənim ürəyimin qanıdır,
Qansız ürək yaşayarmı dünyada?!
Şeir
məni el-obada tanıdır,
Necə
verim bu şöhrəti mən bada!?
O, paklığın saf arzular dilidir,
Tanrı
çalan rübab dinir o dildə.
Haqq səsinin o bəmidir, zilidir,
Neçə-neçə qəlb isinir o dildə.
Hər nəğməsi amalıdı
ellərin,
Şah pərdəsi Koroğlunun
cəngidir.
Sözlərinə ətri hopub güllərin,
Misraları əlvan çiçək
rəngidir.
Ulu Tanrım, rəhmin gəlsin bəndənə,
İmdad
elə, ilham pərim küsməsin.
Göstərməsin tərs üzünü o mənə,
Qoy təbimə xəzan yeli əsməsin.
Şeir
mənim ürəyimin
qanıdır,
Qansız
ürək yaşayarmı
dünyada?!
Şeir
məni el-obada tanıdır,
Necə
verim bu şöhrəti mən bada!?
Muğayat olun!
Uymayın, cavanlar, şər
əməllərə,
Namusdan-qeyrətdən muğayat olun.
Ər oğlu ərlərin varisləriyik,
Şərəfdən-şöhrətdən muğayat
olun!
Biz salam vermişik, salam almışıq,
Qayğı göstərmişik, qeydə qalmışıq.
Zülmət beyinlərə ziya
salmışıq,
O ali sərvətdən muğayat olun!
Kişilər tanınıb təmiz
ad ilə,
Əsil-nəcabətlə, yaxşı zat ilə.
Ağılla, idrakla, etiqad ilə
Keçmişə hörmətdən muğayat
olun!
Mərdlik babalardan əziz
mirasdı,
O bizə məxsusdu, o bizə xasdı.
Xalqım
ibtidadan qədirşünasdı,
İnsafdan-mürvətdən muğayat olun!
Millətim mətindi, sözün
doğrusu,
Bir əlində oddu, bir əlində su.
Ürək güvəsidi vicdan
ağrısı,
Saflığa rəğbətdən muğayat olun!
Babanlıyam, dözüm məziyyətimdi,
Düzlük, əyilməzlik əziyyətimdi.
Eşidin,
bu sizə vəsiyyətimdi,
Mehri-məhəbbətdən muğayat
olun!
İndi
qanmışam
Bu sərsəm dünyadan baş açmadım heç,
İlahi,
necə də mən nadanmışam!
Əqidə uğrunda, məslək
yolunda
Ocağa
qalanıb, oda yanmışam.
Bir kövrək rübabın
bəm səsiyəm mən,
Haqqı
ölənədək sevəsiyəm
mən.
Böyük Füzulinin nəvəsiyəm
mən,
Sitəm
nəhrəsində çalxalanmışam.
Atəşli qəlbimdə qaynayır
qanım,
Yaman gözdən iraq, babatdı canım.
Nə söz söykəyim var, nə də həyanım,
Qələmə, ilhama arxalanmışam.
Dövran
bəyənmədi iti
dilimi,
Vaxt oldu çırpdılar
hey mitilimi.
Ucuz söhbətlərdən
üzüb əlimi,
Mənliyi hər şeydən
uca sanmışam.
Haldan-hala
düşür ovqatım
müdam,
Gah çiçəkli yazam,
gah qarlı qışam.
Özüm də özümə
heyran qalmışam,
Nə qədər dözümlü
bir insanmışam?!
Babanlıyam, qüssə saldım
ürəyə,
Durdum dərdlər ilə kürək-kürəyə.
Ömrün doxsanını verib
küləyə,
Həyatın dadını indi
qanmışam.
Ana qəbri
Qarşımda köhnəcə, misgin
bir məzar,
Oxunmur tarixi, bilinmir yaşı.
Yanına
nə gələn, nə də gedən var,
Əyilib,
kiçilib çopur
başdaşı.
Durmuşam önündə dili-ağzı
lal,
Donub, buz bağlayıb gözümdə yaş
da.
Cınqır çəkməyə də yox məndə
bir hal,
Qalıb
nə huş başda, nə ağıl başda.
Əzizdir bu qəbir mənə, çox əziz,
Burda uyqudadır nakam bir gəlin.
Sızlayan qəlbimi qınamayın
siz,
O mənim doğmaca anamdır, bilin!
Onun gül üzünü örtəndə torpaq,
Hələ dil açmamış
körpə olmuşam.
Vayım-şivənimlə bağır yararaq
Qohumlar qəlbində qəlpə
olmuşam.
Adını qızıma qoydum
ki, bəlkə
İsti
nəfəsini evimdə
duyum.
Uşaq
xülyasına uydum
ki, bəlkə
Analıq
mehrini mən indi duyum.
Amma illər ötdü... Məzarı üstə
Seyrəldi günbəgün gəliş-gedişim.
Gah "vaxtım" çatmadı,
gah düşdüm "xəstə",
Heç
düz sarımayıb
əzəldən işim...
Baxıram ətrafa, gözüm
dağlanır,
Türbələr görürəm min cah-cəlallı.
Ürəyim içimdə od
tutub yanır,
Bircə
bu qəbirdir belə zavallı.
Müdam
üz-üzədir qarla-yağışla,
Bəzən qamçılayır külək də onu.
Bağışla, mümkünsə, ana, bağışla,
Cibi boş, dərdi çox şair oğlunu.
Qocalmağa tələsməyin
Bu zalım qocalıq ah, nə yamanmış!
Ağarıb saç-saqqal, qırışıb
üz də.
Dağ başına qonmuş qatı dumanmış,
Can düşüb taqətdən,
tor görür göz
də.
Hey göynəyir sinə, töyşüyür ürək,
Qılçalar ərinir addım
atmağa.
Küt-küt ağrılardan qovuşur
kürək,
Böyrək sancıları qoymur
yatmağa.
Tapır
azar səni, bilmirsən
hardan,
Ödü, dalağı da salıb
kəməndə.
Qulaqlar bezardı ofultulardan,
Yoxdur bir sağlam yer yazıq bədəndə.
Ömür güvəsidi əsib-coşmalar,
Qocaldıb insanı tez salır əldən.
Xəcalət gətirir həddi
aşmalar,
Hanı
xeyir görən zəhərli dildən?!
Eşidin,
cavanlar, əzmli olun,
Qovun özünüzdən hirsi,
acığı.
İradəli olun, dözümlü
olun,
Dostu düşmən
edir qəzəb qıcığı.
Vaxtsız qocalmağa tələsməyin
siz,
O, dop-dolu dərd-qəm dağarcığıdı.
Sizə
ünvanlanmış bu
ərzim, şəksiz
Açıq etirafın ən
açığıdı.
Dünya neyləsin?
Asırıq, kəsirik bu dünyanı biz,
Min qara yaxırıq, dünya neyləsin?
Başımız çəkəni qaxınc
eyləyib
Başına qaxırıq, dünya
neyləsin?
Gah olur, dönürük qızmış bir nərə,
Qan örtmüş gözümüz
görmür dağ-dərə.
Gah da çevrilirik müti nökərə,
Sutək
lal axırıq, dünya neyləsin?
Yaman hala saldı bizi bu gərdiş,
Pis-pis əməllərə eylədik
vərdiş.
Üzərdə canhacan, ilk sözü
"dərdiş",
Əslində, paxılıq, dünya
neyləsin?
Meylimiz
al-verə qonandan bəri
Çəkidə çəkirik hər
xeyir-şəri.
Şirin
arzuları, xoş diləkləri
Daşlara çaxırıq, dünya
neyləsin?
Babanlı düz deyər,
haqqı itirməz,
Tanrı
taqsırsıza xətər
yetirməz.
His-pası silinməz, qalay götürməz,
Biz qəlbi paxırıq, dünya neyləsin?
Çağır, gəlim!
Umu-küsü üzdü bizi,
İpə-sapa düzdü bizi,
Qubarlatdı qəlbimizi,
İnsaf
elə, a sevgilim,
Çağır məni, çağır,
gəlim!
Aralığa pəl qatdılar,
Sənə-mənə şər atdılar,
Eşqimizi alçaltdılar,
Fitnə-fəsad mən nə bilim?
Çağır məni, çağır,
gəlim!
Daha yoxdur canda dözüm,
Yollarında qalıb gözüm,
Öz evimi yıxdım özüm,
Dilim olsun dilim-dilim,
Çağır məni, çağır,
gəlim!
Dağ döşünə qırov
düşüb,
Könlüm qəmə girov
düşüb,
Kəməndinə bir ov düşüb -
İtirmə sən ilim-ilim,
Çağır məni, çağır,
gəlim!
Ayrılığın bitir ayı,
Küsüşmüşük biz havayı,
Yarım
yox səndən savayı,
Darıxmışam, vallah, gülüm,
Çağır məni, çağır,
gəlim!
Vidadi Babanlı
Ədəbiyyat qəzeti.- 2024.-
20 dekabr, ¹50.- S.18.