Yaşa!
Yaşa,
Bu haqqını borclusan 44 günlük savaşa!
Şəhidlərin qanından cücərən azadlığın,
Varlığın!
Yaşa,
Yaşamaq ölümündən doğulmaqdı.
Doğulmaq ölümün üzünə ağ olmaqdı.
Sən ölümün üzünə ağ oldun,
Zaman-zaman göstərdin,
Sübhün elçiliyini təkcə dan yeri eləmir.
Zaman-zaman göstərdin,
Günün günorta çağında da zülmət yaşana bilir.
Və ya.
Bu dünya
Kiçikdir gülüşündən körpənin.
Sən sənə gedən körpünün
İlk pilləsində son pilləsini ucaltdın.
Sən ölümdən yox,
Olumdan-oluma körpü atdın.
Yaşa,
Bu sənin ən ali haqqın
Ay mənim tolerant xalqım!
Dözümün özü də dəyərdir -
İnsanlığa verilən dəyər.
Gələcək qarşında baş əyər
Bu gün ha bilməsinlər.
Sən ən uca yaradılış,
Sən ən ali davranış elçisisən.
Unutma, azərbaycanlı adını üstündə
"Zəfər" ordenitək gəzdirməlisən.
Kim bilmir...
Bu dünyada gördüyün nə varsa,
Bir-birinə söykənib durur.
Məsələn, dağ torpağa,
Torpaq suya,
Su, hardasa bir ovuc
quruya.
Daş daşa söykənməsə
qaya yıxılar,
İnsan
inama söykənməsə,
Sabahı
açmağa qoymaz qara yuxular.
Bu dünyada gördüyün
hər nə varsa,
Bir-birinə söykəkdi,
Yer göyə söykənəcəkdi.
Uşaq
vaxtı elə bilirdim üfüq xətti
Qapıdır.
Sonra
bildim üfüq xətti gözlərimizin hicabıdır.
Hə, hər şeydə bir xətt olmalı.
Ümid
o zaman söykənəcək tapmır,
Xətt
keçilir.
Bu dünyada əsl bir xətt var,
Bəşər ona söykənir
durur hələ ki
Kim bilir?
Həqiqət
Ən
ağrılı həqiqətdi ölüm,
Hamımız həqiqəti sevirik
əslində.
Bəzən sevdiyin də
Ağrılarını gizlədir hər üzündə.
Ölümü sevən varmı
bir nəfər?
O zaman həqiqəti dərk etməyənlər
Çıxarıblar bu sözü.
Aldadırıq özümüzü
Həqiqəti sevirik.
Yəqin
həqiqəti sevirik deyənlər
Özlərinə sərf etdiyinin
olduğunu istəyənlərmişlər.
Biz yalanların adamıyıq,
adam.
Yalanlarla
uyumuşuq.
Uşaqlığımız nağıllarla,
Gəncliyimiz qadağalarla,
Yetkinliyimiz yetə bilmədiyimiz
qatarda getdi.
Bu da bir yalan idi, yaşadıq
-
Adına
kimsə Gün dedi,
Kimsə
nə isə.
Mən bir Gün görmədim
ki...
Adına
Gün deyəm bu yalanın,
Olanım,
olmayanım.
Mənim
deyilsə,
Mənim
həqiqətim ən
böyük yalandı.
Ən ağrılı həqiqət
ölümdü,
Ölüm...
Qəm eləmə, gülüm!
Ölüm aşiqin vüsalıdı.
Vüsal
elə şirindi ki,
Acılar
unudulur.
Elə gözəl yalanlar doğulur
Ölüm onun yanında yalan olur.
İnsan
adımı
Bu
dünyada hər nə varsa
Öz ahəngindədi.
Səs
var, damar rəngindədi -
Ha kəs, heç nə çıxmır.
Vallah,
Allah adamı yıxmır,
Özü özünü yıxmasa.
Bədənin ritmini
Ruhdur tutan.
Ruhunu unudan
Ahəngini itirəndi.
İtirənlər vitrin-vitrindi
Bu dükan dünyada.
Özünü itirir ahəngindən
çıxanda adam.
İtirənlər qazananların vecinə
də deyil
Və bil,
Adam adamdan qopanda başlayır
Bu dünyanın ahənginin
döş ağrısı.
Süd də vermir körpə sevgimizə həyat!
Ahəng
pozulanda yayda yağış,
Qışda isti yandırır
adamı!
Yıxılan birinə ayaq olmağım cəhənnəmə,
Dayaq ola
bilmirəmsə,
Götürün adımın üstündən
insan adını.
Diqqətli
ol
Bütün
sevdalar yolayrıcında başlar.
Yollar
ayırır adamı özündən
Kiməsə qovuşdurmağa.
Bu dünyada yol olmağa,
Doğulanlara, gecəniz xeyir,
Səhər adamlar deyirəm.
Bilirəm.
O adamlara görə fırlanır yer də,
Göy də,
Özümüzük elə özümüz də,
Elə adamlara görə fırlanırıq hələ ki.
Durub yol ayrıcında
Saçımın ayrıcından boylanır
ömrün iki üzü.
Bu dünyada hər baş üçün deyil
Yol ayrıcında ayrılmaq.
Ayaqları sürüyə bilməz
o baş.
Əslində ən çətin
yoldur ən hamar yol.
Hələ qabaqda çox yolayrıcı var, qardaş,
Diqqətli ol!
Narahatlığım
Bu narahat
dünyada
Rahat yaşaya bilirəmsə,
Ən narahat adam mənəm.
Gözümə girəni görmürəmsə,
Demək,
düz baxa bilmirəm.
Məni
silkələmirsə qonşuma
dəyən təpik,
Heç
atom bombası da ayılda bilməz.
Mən
Bu qədərəm.
Kəmiyyət zərfliyinin
elə sualı yox verə
biləm özümə.
İncimə,
Adam adamda böyüyür,
Adam adamda kiçilir, ölür.
Amma adam adamdan keçmir
indi
Heç
mənada.
Mənim
narahatlığım budur
dünyada.
Ruhun zəlzələsi
Təpiyir
dodağım, cadar-cadardı,
Suya susamışam suyun içində.
Get, çox ağladıbdı
bu həyat məni,
Nolar, ağlayaram sənin üçün də.
Mən
ruhu orucam, hər iftarımda,
Könül məbudumun eşqin
nuş etdim.
Mən ürəyiyumşaq gəlmişdim
yerə,
Məni
yerdəkilər könlü
daş etdi.
Suda su
yanğısı yandırır ruhu,
Nə
zaman adam ki, adamdan qopur.
Cismin öz üstündə artıqlıq edir,
Ruhun zəlzələsi dəhşətli
olur.
Yaşadır
Çoxdan
ölməli adamdım,
Nə qədər artıq yaşadım.
Adamdan adama damdım,
Gör,
kimi kimə daşıdım?
Dünyalar
dəyişdim təzə,
Hər dünya məzə, baməzə.
Könlümü verdim ki, sözə,
O gündən yoxdu yaşıdım.
Solumda
sağlar var ölü,
İçini dəfn edib çölü.
Hər gün əkdiyim eşq gülü
Tər qönçə sabah yaşadır.
Gəlmişəm
Eşib
torpağın bağrını,
Durulub haqdan gəlmişəm.
Sevgi fərmanı yazmağa
Eşq adlı taxtdan gəlmişəm.
Qibləm
hər an qəlbə yönlü,
Arzum ərzə, ərşə
ünlü.
Bu dünyaya mən ağgünlü,
Ağappaq baxtdan gəlmişəm.
Elnur
Uğuram, dönmərəm,
Asılsam ipdən enmərəm.
Eşq atəşiyəm, sönmərəm,
Qurulmuş vaxtdan gəlmişəm.
Elnur Uğur
Ədəbiyyat qəzeti.- 2024.- 20 dekabr, ¹50.- S.28.