İohann Volfqanq HÖTE
(1749-1832)
Görkəmli alman şairi, dramaturqu, nasiri və filosofudur. Eyni zamanda ensiklopedik
bilgilərə malik alim, dövlət xadimi, teatr rejissoru, ədəbi tənqidçi və kolleksioner kimi də tanınıb.
Maarifçilik və sentimentalizm üslubunda yazdığı əsərlərindən
"Qərb-Şərq
divanı" (1814-1819) şeirlər toplusu, "Gənc Verterin iztirabları"
(1774) povesti və üzərində bütün
ömrü boyu çalışdığı "Faust"
faciəsi bu böyük ədibə dünya şöhrəti
qazandırıbdır.
Dörd nemət
"Qərb-Şərq divanı"ndan
Öz ərəb
bəndələrinə
Allah dörd nemət verib.
Bu yolla o kəslərə
Dinclik və
cürət verib.
Qızmar çöldə əsgərə
Türban gərək - tac nədir?!
Daşınan
çadır ona
Həm yataq, həm hücrədir.
Qılınc tökdüyü polad
Sərtdir qayadan, daşdan.
Şux nəğməsiylə
ərəb
Ağlı
aparar başdan.
Şeirimlə qız şalından
Daima gül
dərmişəm.
Pak xanımlarım mənə
Sadiq qalıb həmişə.
Haydı,
gülü, meyvəni
Düzün
artıq süfrəyə.
Öyüd
umanlar gəlsin
Təzə
söz eşitməyə.
Tapıntı
Gəzinti zamanı mən
Qəfil meşəyə vardım.
Bekardım
- oralarda
Heç bir şey axtarmırdım.
Gördüm bir çiçək bitib
Dalda yerdə, kölgədə.
Nur saçır ətrafına
Parlaq bir ulduz qədər.
Dərməyə
əyiləndə
Bir səs eşitdim qəfil:
"Dostum,
solub-getməyim
Axı insafdan deyil".
Odur ki, kökləriylə
Birgə
onu qopardım.
Bağımda əkim deyə,
Alıb
evə apardım.
Gətirib, onu sakit,
Rahat guşədə əkdim.
İndi gördüyü tək iş -
Təkrar
çiçəkləməkdi.
Bir gələn olar
Düşüb arxasınca qaçdığım
zaman
Nazlı
yar meşəyə, talaya
endi.
Nə desə yaxşıdır,
belin qucanda:
"Bax ha! Haray-həşir salacam indi!"
Çımxırdım: "Kim mane olsa
bu eşqə,
Bil, onun gec, ya
tez dili quruyar!"
Yar yumdu ağzımı:
"Sus! Gəl, çığırma!
Yoxsa, bu səs-küyə bir gələn olar!"
Dilimizə çevirdi: Azad Yaşar
Ədəbiyyat qəzeti.- 2024.- 20 dekabr, №50.- S.30.