Pyer
de RONSAR
(1524-1585)
Məşhur fransız şairidir.
Paris Universitetində təhsil
alıb.
Əsasən sonet, elegiya, ekloqa, oda və
himn janrında mətnlər, habelə poemalar yazıb.
Yeddi qələm dostuyla
birgə qurduğu
"Pleyada" adlı
ədəbi qrup qədim yunan və Roma ədəbiyyatını
araşdırıb-öyrənməklə,
milli poeziyanı onlardan
əxz olunan ənənələr hesabına
daha da zənginləşdirməyin
yolunu tutubmuş.
Helen üçün sonet
Bir gün yaşa dolarsan sən də əvvəl, ya axır,
Yundan ip əyirərkən titrək şam işığında,
Yazdığım misraları pəsdən
təkrarlayaraq,
Deyərsən: "Şair Ronsar
əcəb öyübmüş
məni".
Bu etirafı duycaq, tez yerindən sıçrayar
İş-gücdən tabsız düşən, mürgülü
qaravaşın.
Hə, adımı eşidib, mürgüdən dik atılan
Qaravaşın da mənə yüz
yol rəhmət oxuyar.
O vaxta sümüklərim qarışsa da torpağa,
Ruhum hədsiz şad olar göyün uca qatında.
Sizsə
çömbəlib yenə
yanan ocaq başında
Keçmiş günləri anıb,
ararsınız boşuna.
Odur ki, söz dinləyin: həyatın şəhd-şirəsin
Dadmağın tək vaxtı
var -
o dəm
də, bax, bu dəmdir.
***
Görəsən, elə bir məxluq varmı ki,
O, qənim kəsilə öz nəslinə də?!
Təkcə insanoğlu öz
soydaşının
Qanına
susayar ilk girəvədə.
***
Bil, səni ram etməyə qadirsə qadın hüsnü
O - güclüdür Tanrıdan,
səndən, oddan, metaldan.
Dilimizə çevirdi: Azad Yaşar
Ədəbiyyat qəzeti.- 2024.- 20 dekabr, №50.- S.30.