Robert BÖRNS

(1759-1796)

 

Şotland şairi folklorçusudur. Eyni uğurla həm şotland, həm alman dillərində gözəl şeirlər yaradıb. Onun doğulduğu gün - 25 yanvar hər il Şotlandiyada milli bayram səviyyəsində qeyd olunur.

 

Adsız şeir

 

Daralır günbəgün səbrim, qərarım,

Dözürəm... dünyadan çəkib əl-ətək.

Kimi gözləyirəm, kimi? Bilmirəm,

Yuxusuz qalsam da gecə sübhədək.

 

Kimi gözləyirəm, görəsən, kimi?

Özümə dost-həyan tapım, deyərək,

Hazıram dolaşım bütün aləmi.

Hazıram dolaşım bütün aləmi,

Özümə dost-həyan tapım, deyərək.

 

Kaş qahmar çıxaydı saf sevgimizə

O gözəgörünməz, gizli qüvvələr.

Bəlkə o sayədə sirli sevgilim

Xatasız-bəlasız yanıma gələr.

Hələ möhtacam yaxşı həyana,

 

Qüssə aman verməz getsəm hayana.

Bütün var-yoxumu qurban verərdim

Həmdəm tapılsaydı əgər bu cana.

Həmdəm tapılsaydı əgər bu cana,

Bütün var-yoxumu verərdim ona.

 

Dilimizə çevirdi: Azad Yaşar

 

Ədəbiyyat qəzeti.- 2024.- 20 dekabr, №50.- S.30.