Şarl BODLER

(1821-1867)

 

Görkəmli fransız şairi, esseçisi, ədəbi tənqidçisi tərcüməçisi olub. Avropa ədəbiyyatında Dekadans Simvolizm ədəbi cərəyanlarının yaradıcısı sayılır.

 

XCIII

 

Yoldan ötən bir dilbərə

 

Bir dilbərə rast gəldim - küçədə, izdihamda,

O, yasa bürünmüşdü, hüsnü solğundu bir az.

Ətəyini yığaraq, bir heykəltək yeriyən

gözəllik timsalıydı... Bunu sezməmək olmaz.

 

Səksəndim qəm möhürlü o ləbləri görüncə,

Onlar qoymurdu bu şux məğzin çıxara üzə -

Xanımlıqdan, işvədən necə pay almışdısa,

Hazırdı aşiqini alıb, bələyə həzzə.

 

Sanki zülmət içində yanıb-söndü işartı,

Sanki könlüm o şuxdan ilham aldı, güc aldı.

Qismətmi bir keçəm bu cür dilbər yanından

Bu dünyada, yoxsa ki... axirət zamanında?

 

O şahid olmasa da içimdəki yanğına,

Dəli kimi sevərdim onu... əmindi buna.

 

Dilimizə çevirdi: Azad Yaşar

 

Ədəbiyyat qəzeti.- 2024.- 20 dekabr, №50.- S.30.