Kitab adları
Ədəbi tənqid
Kitab adları bəzən taleyə, taleyimizə çevrilir. Keçid dövrlərində, aralıq
intervallarda yazılıb
da unudulan, sonra bəxt kimi oyanan kitabların adında qəribə nəsnələr gizlənir.
Ya bəlkə cilvələnir?! Avropa üçün Tomas Sternz
Eliotun poemaları, bəlkə hansısa şeiri bu qəbildəndirmi?
Deyilənə görə
[fikrimizcə deyə bilmirik], ədəbiyyatda böhranlı vəziyyətlərdən
iki əsas çıxış yolu
var. Birincisi, parodiyadır.
Həm də ədəbi prosesin təbii inkişaf stixiyası ilə parodiya. Bir yerdə, bəli, ancaq məkanın, ərazinin bir qarış yerində enerji o qədər toplanır ki,
bu yer boş
qalan digər ərazinin də oxusunu, qiraətini təqdim edir. Belədə təqdim edilən "ev oxusu" səhih olmur, işarələrdən
hörülür, onların
hansı kombinasiyada düzülüş qaydasını
sən tapmalısan. Və bu şərti
olaraq işarələnmiş
iki yer arasında
daxili, həm də batini çəkişmə, sorğu-sual
başlanır. Bir yerə,
azacıq bir yerə nəhəng enerjinin toplanması hər şeyi astar üzünə çevirir. Mirzə Ələkbər Sabirin leksikasına ona qədərki ədəbi
proses səhifələrində bəlkə nadir şəkildə
rast gəlmək olardı. Ona qədər qapısı qıfıllı
olan intuisiyanın qıfılı qırıldı
və qadağan edilən bütün sözlər mətnlərə
dolur, gərginlik sahələri yaranır, onlar arasında heç bir sərbəst keçid olmur. Ədəbi mətnləri yaradan sənətkarlarda dövrə,
zamana dövrün, zamanın heç gözləmədiyi müqavimət
yaranır, sonra birə-beş artır bu güc. Marsel
Prust o məşhur yeddi cildlik "İtmiş zamanın axtarışında" romanını
elə bir dünyada yazmağa başladı ki, küçələrdə
insan insanın qanını içirdi. Ən kəskin dövrlərin mənzərəsi
düzədüz onun
əksinə getməklə
yaranıb formalaşır.
Prust həm də zamanın ədəbi müstəvidə
düzgün anlaşılma
düsturunu verdi, indiki zaman keçmişlə
doludur, tək deyil, gələcək də var onda, gələcəkdə də
keçmiş olacaq...
və sair. Sabir o məşhur parodiyaları
ilə bədii-estetik
təfəkkürü yeni ədəbi zaman üçün
qurdu, saat kimi.
"Don Kixot" və "Hophopnamə"... Parodiya
burulğanından keçən
ədəbi mətnlər
illər, əsrlər
keçdikdən sonra
insanların taleyinə
təsir edir. Bu faktı, yaxud faktoru, onların varlığını yalnız
hiss edə bilərik,
sonra unudarıq, daha sonra taleyin
hansı döngəsindəsə
bir şeir, yaxud kitab adı, yaxud hansısa mətnin bircə sətri yadımıza düşər, ona qapanıb qalarıq, onun önündə nağıldakı qırxıncı
qapı önündəymişik
kimi qalarıq. Bədii mətnlərin ifadə etdiyi əbədi, susmayan, ovunmayan gözlənti burdan irəli gəlir. Don Kixot insanların taleyinə təsir etdi, bu talelərə yiyələndi, Hophopnamə
də. Yuxarıda izah elədiyimiz anlamda.
Mirzə
İbrahimovun "Gələcək
gün" romanı.
Bu roman ədibin bütün
roman, povest, hekayə və pyesləri ilə müqayisədə,
millətin taleyini, varlığını anlatmaq
baxımından unikal
əsərdir. Mirzə
İbrahimov ixtisasca şərqşünas
idi, Leninqrad məktəbini keçmişdi,
bu məktəbin verdiyi biliklərin dərinliyi onun yazıçı intuisiyasında
özünü parlaq
şəkildə göstərdi.
Onun elmi əsərlərinə baxsanız,
onlarda qeyri-adi az şey taparsınız,
amma bədii mətnlərində, xüsusən,
"Gələcək gün"
romanında həmin dərinlik ölçüsü
bütün əzəməti
ilə üzə çıxır.
"Gələcək gün"
arxada qalsa da, bu gün də
gələcəkdir. Mətləbi
və poetikası ilə.
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2024.- 20 dekabr, №50.- S.21.