Namiq Dəlidağlının
Özbəkistanda
şeirlər kitabı çap olunub
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident mükafatçısı şair Namiq Dəlidağlının "Sevgi
sükutu" adlı
növbəti
şeirlər kitabı Özbəkistanda nəşr edilib.
Qardaş ölkənin "İste'dod Ziya Press" nəşriyyatında
500 nüsxə
ilə çap edilən kitabın "Ön söz" müəllifi
filologiya
üzrə
fəlsəfə doktoru Nargizaxon Ortiqova, redaktoru isə
Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü
Muqimjon Nurboyevdir.
Şeirləri Özbək türkcəsinə Özbəkistan Yazıçılar Birliyinin üzvü
Xusniddin Xaitov uyğunlaşdırıb.
Qeyd edək ki, "Sevgi
sükutu" müəllifin sayca dördüncü,
ölkədən kənarda
isə nəşr edilən ilk şeirlər kitabıdır.
N.Dəlidağlı dörd
publisistik toplunun da həmmüəllifidir.
Ədəbiyyat qəzeti.- 2024.- 20 dekabr, №50.- S.29.