Giya Paçxataşviliyə  həsr

olunmuş kitabın təqdimatı

 

Dekabrın 16-da Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda Azərbaycan, Gürcüstan Rusiya Yazıçılar Birliyinin üzvü, Sumqayıt şəhər Əli Kərim adına Poeziya klubununFəxri üzvü”, jurnalist, şair-tərcüməçi, ən əsası isə, sadəliyi, səmimiliyi, insanlığı ilə seçilən geniş oxucu kütləsinin sevgisini qazanan Giya Paçxataşviliyə həsr olunmuş "Azərbaycan ədəbiyyatında Giya Paçxataşvilinin yeri" adlı kitabın təqdimatı oldu.

Tədbirin təşkilatçısı aparıcısı, AYB- Multikultural məsələlər üzrə məsul şəxs, şair Xatirə Fərəcli qonaqları salamladıqdan sonra bir dəqiqəlik sükutla Şəhidlərimizin əziz xatirəsi yad ediıdi. Sonra söz kitabın müəlliflərinə - Respublikamın Əməkdar jurnalisti Qənbər Ağayevə tədqiqatçı-alim, professor Nizami Tağısoya (Məmmədov)verildi.

Qeyd edək ki, 29 yanvar 1961-ci il tarixdə Qax rayonunun Qax-Gürcü kəndində dünyaya gələn, milliyyətcə gürcü olan Giya Paçxataşvili ədəbiyyata 1976-cı ildə "Səni sevməyimi..." əsəri ilə gəlib. Onun məşhur "Oğul ata itirdi", "Zülmətdən gələn işıq" şeirləri bu gün oxucuların dilindədir. Yeri gəlmişkən vurğulayaq ki, o, 65-ə yaxın kitablarının (rus gürcü dillərinə) tərcüməçisi 9 kitabın müəllifidir.

Tədbirdə iştirak edən ziyalılar Giya bəyin həyat yaradıcılığından danışmaqla yanaşı, onun insani keyfiyyətlərindən, həyata baxışından da söz açdılar, Giya bəyin ömür-gün yoldaşı, cəfakeşi olan rəssam Xatirə Paçxataşviliyə günün qəhrəmanına bir ömür boyu xoşbəxtlik diləyi ilə, ən xoş arzularını bildirdilər. Beləcə, Giya dünyasının sehrinə düşən giyasevərlər tədbirdən xoş təəssüratlarla ayrıldılar.

 

Aygün Hacıyeva.

AJB, AYB AAB-nin üzvü.

P.S. Biz , öz növbəmizdə, Giya bəyi, müəllifləri

ürəkdən təbrik edir, bol yaradıcılıq uğurları diləyirik!

 

Ədəbiyyat qəzeti.- 2024.- 20 dekabr, ¹50.- S.29.