Proses sualları
Qarışıq və qanlı-qadalı
dövrlərdə gözəl
şeylərin rəsm
edilməsi, duyğu və hisslərin "arxaik dərinliyi"ni göstərən mətnlərin
yazılması, sevgi məktublarının təzələnməsi,
ən ibtidai və arxaik sözlərlə başlayıb,
nağıllardakı kimi
bitməməsi... prinsipcə
bütün dövrlərdə
rast gəlinib. Məsələ bu deyilən önəmli məqamın üstündən
illər keçəndən
sonra həmin qarışıqlıq, qan
və qadanın o gözəl və qənirsiz şeylərin,
necə deyək, içindən çıxmasıdır;
bir obraz, bir fiqur kimi.
Eynən, klassik ədəbiyyat obrazları
kimi. O ədəbi mətnlərdə gül
heç zaman solmur, duruşu və xarakteriylə əsrlərə
meydan oxuyur, pıçıltı və
sükutun diliylə.
Bu məntiqlə düşünsək,
indinin çox havalı, gərgin, fantastik dərəcədə
ağrılı dövründə hansı gözəl şeylər çəkilib (həm də məlum ifadəylə desək, bir qələmlə, -qələm oynar qaşında...), hansı
şeir, yaxud nəsr mətni o qovğanı yüzdəyüz
göstərməyə qabildir?
Açığını desəm, mən bilmirəm, çünki
bədii mətnlərin
yaranma, doğulma, gerçəklikdən qaçaraq
onun nüvəsindəki
mətləbi üzə
çıxarmaq mexanizmini
anlamaq, fəhm etmək çox çətindir.
Həmişə eyni
sualı veririk: Bədii mətndə məna necə yaranır, süjetin, necə deyək, anidən "gözdən
itməsi" (bundan sonra təsəvvür edilməyən dərəcədə
dəyişməsi və
yaddaşımızda ayrıca
bir süjet formulu kimi qalması
- !), onun kompozisiyada fəlsəfi düyünə (suala, cavaba, metaforaya...) çevrilməsi necə baş verir? Bədii mətnlərin təhlilində bu, fikrimizcə, ən önəmli məqamdır
və təəssüf
ki, dar və geniş diskussiyalarda, yazı və təhlillərdə unudulur. Ona görə də, hekayə və romandan bəhs edəndə bədii mətnin spesifikası, özünəməxsusluğu
toxunulmamış qalır,
nəsr mətnini duymaq məzmundan yox, formadan başlayır
(məzmun həmişə
xaos yaradır, forma bu xaosu harmonik
düyümə gətirir...),
təhkiyə bərbaddırsa,
onun məzmunundan danışmaq mənasızdır.
Məna...
Bizim nəsrdə üslub dəyişmələri izlənibmi,
bir yazıçının
bədii keyfiyyəti yüksək əsərləriylə
yanaşı fərqli
üslubda baş tutmayan əsərlərinin
olmasının səbəbləri
nədir?
İzmlər gəlib gedir, dünya ilə paralel üslublar təzələnir, amma Mirzə Cəlil onların yanında yenə yeni söz kimi görünür. Yusif Vəzir də. Hər şeydən öncə belə bir səbəbdən
ki, onlar, xüsusən,
Mirzə Cəlil və Haqverdiyev, elə Yusif Vəzirin özünün
nəsr mətnləri
də ədəbiyyat
tarixi düşüncəsindəki
sinxronluq stixiyasından,
sinxron "qırılma"/
diaxron boşluq məqamlarının" restavrasiyası"ndan
irəli gəlir, orta əsrlər ədəbiyyatının bir
az gizlində, qürbətdə qalan şifahilik qatı yeni təfəkkür arşınlarıyla
cızılan yazı
məkanında mürəkkəb
üslubi konstruksiyaların
meydana gəlməsini
şərtləndiririr.
Nəsrdə ümumi nəfəs
dəyişmələri də
araşdırılmalı məsələdir,
sırf sosial təbiətli mətnlərdən
metafizik yapılı mətnlərə keçiddə
meydana çıxan problemlərin fərqli kontekstlərdə araşdırılması
mühüm məsələdir. Belə demək olarsa, yuxarıdakı kontekstdə
yeni nəfəsə keçiddə
dil məsələsi
önə çıxır. Nəsr mətnini yaradan nəfəs və düşüncədən "dil məhsulu" axtarmağın yolu faydasız mübahisələrin
meydana çıxmasına
səbəb olur. İşarə-göndərmələrin bədahətən baş
tutduğu mətnlərlə
bu mesajların düşünülərək, həm də qismən düşünülərək
yazıldığı mətnlərin
dili fərqli poetika sferasına aiddir. Mirzə Cəlil, yaxud Axundov mətnləri bədii yaddaşın bir layının sakinidirsə, düşünərək
o əraziyə işarə
etmək mətni şüursuz hala gətirir. Yaxud bəlkə bu düşüncənin, belə
düşünməyin özü
elə səhvdir?
Və bütün bu proseslər bir az da qatı mühafizəkarlıq layının
formalaşmasına təkan
verur: sırf sosial xarakterli ədəbiyyat, nəsr yaradıcılarına elə
gəlir ki, bu sahədə fərq, hətta vurğu, intonasiya fərqi artıq ədəbiyyat deyildir, yəni, bizim nəsr təcrübəmizdə bir
nəfəs darlığı
müşahidə edilir,
məsələn, "...Altıncı
mərtəbə"ni yazan
nasirin "Gözmuncuğu"
əsəri nədir?
Uğur, yoxsa nonsens? "Gülmalı kişinin axırı"
hara, "Azığa doğru"
hara? Yaxud şeirdə,
az qala, riyazi mühakimələr
üstündə qurulan
mətnlər var, bir də qatmaqarışıq,
zahirən "parıltılı"
duyğuların səpildiyi
mətnlər... Bu barədə
ayrıca danışmaq
olar.
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2024.- 27 dekabr, ¹51-52.- S.43.