Xuraman Muradovanın
yeni kitabının təqdimatı
Professor, iş insanı, “VİP
Milan Hospital”ın təsisçi direktoru Xuraman Muradovanın Vətən Müharibəsindəki
zəfərin memarı,
Müzəffər Ali Baş
Komandan İlham Əliyevin
xalq üçün yaşanmış ömür
yolundan bəhs edən “Əsrin qəhrəmanı olan Komandan" kitabının
təqdimatı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının
Mərkəzi Elmi Kitabxanasında keçirilən
tədbirdə görkəmli
elm və ədəbiyyat
xadimləri, səfirlər,
xalq yazıçıları,
millət vəkilləri,
iş insanları,
media mənsubları iştirak
ediblər.
Xalq yazıçısı Çingiz
Abdullayevin rəhbərliyi
və aparıcılığı
ilə keçirilən
təqdimat mərasimində
Özbəkistanın ölkəmizdəki
fövqəladə və
səlahiyyətli səfiri
Bahrom Aşrafxanov, Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondunun Prezidenti, professor Aktoti xanım Raimkulova, xalq yazıçısı
Natiq Rəsulzadə,
Milli Məclisin deputatları
Jalə xanım Əliyeva, Vüqar İsgəndərov, Razi Nurullayev,
“Ayna–Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, Qazaxıstan-Azərbaycan
Dostluq Cəmiyyətinin
sədri Eldar Günaydın, yazıçı
ədəbiyyatşünas Varis Yolçuyev, bədii qiraətçi Anar Atakişi və çox sayda hörmətli ziyalılar və mətbuat nümayəndələri
çıxış edərək
"Əsrin qəhrəmanı
olan Komandan" kitabının yüksək
məziyyətlərindən və əsərin müəllifi Xuraman Muradovanın ali vətəndaşlıq
mövqeyindən söhbət
açıblar.
Qazaxıstan və Qırğızıstan
Yazıçılar Birliyinin
Özbəkistan Koordinatoru
Muginqam Nurbayev çıxış edərək
Xuraman Muradovanın yaradıcılığının təkcə Özbəkistanda, Qazaxıstanda,
Türkiyədə deyil,
bütün Türk dünyasında sevgiylə, rəğbətlə
qarşılandığını vurğulayıb və Xuraman Muradovaya “Əhməd Yəsəvi” medalını
və Qazaxıstanda fəaliyyət göstərən
“Dünya istedadları”
Birliyinin fəxri mükafatını təqdim
edib.
Təqdimat müəllifin çıxışı
və dövlət başçısına həsr
etdiyi “Komandan” şeirinin sözlərinə
bəstələnmiş hərbi
marşla təntənəli
surətdə başa
çatıb.
Ədəbiyyat qəzeti.- 2024.- 27 dekabr, ¹51-52.- S.35.