Babullaoğlu ABŞ-da Orfey Mətn/Ədəbiyyat mükafatına layiq görülüb

 

ABŞ-ın Texas Universiteti (Dallas& Kleyton, Oklahoma) nəzdindəkiMundus Artium Press” müəssisəsi tərəfindən 2024-cü ilin ortalarında təsis edilən Orfey Mətn/Ədəbiyyat Mükafatının (Orpeus Text Awards) ilk qaliblərinin adları açıqlanıb.  Mundus Artium Press”in rəsmi saytında belə yazılıb: “Bu nüfuzlu mükafat ədəbiyyat, jurnalistika təsviri incəsənət, eləcə ətraf mühitlə bağlı yaradıcı fəaliyyətdə müstəsna töhfələri qeydə alır. Hər bir mükafat laureatların humanist səyləri zənginləşdirməyə cəmiyyətin yaxşılaşdırılmasına yönəlmiş dərin öhdəliyini əks etdirir. Hər bir mükafat laureatın humanist cəhdlərin dərinləşməsinə cəmiyyətin yaxşılaşmasına bağlılığını ifadə edir. Hər bir qalib ciddi seçim əsasında, onların müvafiq sahəylə bağlı irsi diqqətlə öyrənilərək müəyyənləşib...”

2024-cü ildə mükafatlar 6 nominasiyada verilib.

“İlin şairi” nominasiyasında qalib Səlim Babullaoğlu olub. Səlim Babullaoğlu ilə bağlı açıqlama belədir: "Müasir poeziyaya verdiyi müstəsna töhfələrə görə “İlin Şairi” adına layiq görülüb. Azərbaycan ədəbiyyatının görkəmli səsi olan Səlim Babullaoğlunun yaradıcılığı ümumbəşəri insanlıq və dözümlülük mövzuları ilə səsləşir, o poetik sənəti mədəni və emosional əlaqənin dərin aləti kimi şöhrətləndirir..."

Səlim Babullaoğlu açıqlamasında bildirib ki, bildiyimə görə mənim namizədliyimi  Özbəksitan (həm də təşəbbüsçü ölkədir), Azərbaycan ( AMEA Ədəbiyyat İnstitutu), Türkiyə (Ərdəhan Universiteti), Moldova (Milli Elmlər Akademiyası), Rumıniya (Mihay Eminesku Akademiyası) və Ukrayna ("Vsesvit" jurnalı) dəstəkləyiblər: “Hər kəsə, namizədliyimi irəli sürən və dəstəkləyən strukturlara və insanlara, həmçinin Mükafatın jürisinə, “Mundus Artium Press”in rəhbəri cənab Gjeke Marinaja dərin təşəkkür edirəm. Özbəkistan, Qazaxıstan, Misir, Cənubi Koreya, Serbiyadan olan digər nominasiyalar üzrə mükafatçıları, qələm əhlini, həmkarları təbrik edirəm…”

Bildiririk ki, “İlin yazıçısı” mükafatı Nazar Eşenkula (Özbəksitan), “İlin jurnalisti” mükafatı Baltabek Tuatayevə (Qazaxıstan), “İlin tərcüməçisi” mükafatı Həmdi Elqabri, “İlini təsvir ustası” mükafatı Sinişa Kruniçə (Serbiya), “İlin təbiət rəssamı” mükafatı Mun Kuk Xenə (Cənubi Koreya) verilib.

Məlumatlar “Mundus Artium Press”-in www. mundusartiumpress.us rəsmi veb səhifəsində yerləşdirilib. Mükafatların qaliblərə təqdimatı personal qaydada aparılacaq.

 

Ədəbiyyat qəzeti.- 2024.- 27 dekabr, ¹51-52.- S.3.