Xalq yazıçısı AnaraTürk Dünyası

Ədəbiyyat Ödülütəqdim edildi

 

Dekabrın 20-də Türkiyənin paytaxtı Ankara şəhərində, Türk Dövlətləri Təşkilatı Türk Dil Qurumunun işbirliyi ilə, “Dildə, fikirdə, işdə birlikdevizi altında növbətiTürk Dünyası Ədəbiyyat Ödülləri”nin təqdimat mərasimi keçirilib.

Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın rəhbərliyi ilə gerçekləşən mərasimdə Türkiyənin Mədəniyyət ve Turizm nazirinin müavini Sərdar Çam, Atatürk Mədəniyyət, Dil Tarix Yüksək Qurumu rəhbəri Dərya Örs, Türk Dil Qurumu rəhbəri Osman Mert, müavini Harun Şahin, eləcə Türk Tarix Qurumu rəhbəri Yüksəl Özgən, Atatürk Mədəniyyət Mərkəzi sədri Zəki Ərarslan, Atatürk Araşdırma Mərkəzi sədri Əhməd Qılınc başqa rəsmi şəxslər, Türkiyə elmi mədəni ictimaiyyətinin tanınmış nümayəndələri, alim ədiblər iştırak ediblər.

Mərasim Ankara Musiqi İncəsənət UniversitetininTürk dünyası musiqiləri topluluğu konsertiilə başlayıb. Daha sonra, Binəli Yıldırım, Dərya Örs Osman Mert çıxış ediblər.

Rəsmi hissədən sonra ödüllərin verilməsi mərasimi keçirilib. İlk mükafat Binəli Yıldırım tərəfindən Azərbaycanın Xalq yazıçısı Anara təqdim edilib. Daha sonra Qazaxıstandan Dauren Kuatov, Özbəkistandan Nazar Eşankulov, Türkmənistandan Dövlətgəldi Annamıradov, Şimali Kipr Türk Respublikasından Osman Güvənirə mükafatlar təqdim olunub.

Tədbirdən sonra qonaqların şərəfinə ziyarət verilib.

 

Ədəbiyyat qəzeti.- 2024.- 27 dekabr, ¹51-52.- S.3.