Ümidsizlik  tunelindəki  səsin işığı

 

Dünyanın dörd fərqli bölgəsində eyni anda təyyarə qəzaları baş verir.

Bu qəzalardan yalnız üç uşaq xilas olur.

Özü burunları belə qanamadan.

Qəzadan kədərli bir səs yayılır bütün dünyaya.

Pamela Mey Donald ölüm anında bir səs göndərir: "Uşaq... uşağa diqqət yetirin, ölən insanlara baxın. Ay Allah, o qədər çoxdur ki. İndi də mənimçün gəlir ölüm. Hamı  gəldi-gedərdi. Hamı".

Hadisələr  Sara Lotsun "Üç" romanında baş verir.

Lots romanında mini qiyamət yaradır.

Hadisələrə qarşı fərqli mədəniyyətlər və ölkələrin baxış bucağını göstərir.

İnam inamsızlıq, ümid və ümidsizlik qəza və bəlalarda üzə çıxır.

25 dekabr 2024-cü ildə Bakı-Qroznı təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğradı.

Qəzanın görüntüləri sosial mediada ildırım sürətiylə yayıldı.

Çünki bir insanın ölümü bütün insanlığın itkisidir.

Bir insanın xilası isə insan nəslinin davamı və gələcəyidir.

Təyyarə bələdçisi Hökümə Əliyevanın səsi ümidsizlik tunelindən çıxarır sərnişinləri.

Hər şey bitdi deyərkən ürəklərə rahatlıq və dinclik bəxş edir.

Ümidsizlik ən böyük şiddətli düşmənimizdir.

Qəzada dünyalarını dəyişənlər bizim var olduğumuz həyatda yaşayacaqlar. Ehtiram və hüznlə anırıq onları...

unutmayacağıq.

Axı unudulmaq metafiziki ölümü reallaşdırır.

Bu dünyadan köçənləri yaşatmağımızın ən yaxşı yolu onların xatirələrini uca tutmaqdır.

Azərbaycan dövləti xalqı qəzaya işıq sürətiylə münasibət bildirdi.

Hadisəyə hüquqi humanist qiymət verildi.

Matəm elan olundu.

"Üç" romanında sağ qalan uşaqlar necə ümid həyat eşqi aşılayırlarsa, Hökümə xanımın səsindəki heyrətamiz duruluq güvən məhzun bir xatirə kimi ürəklərdə qalacaq.

 

Ülvi BABASOY

 

Ədəbiyyat qəzeti.- 2024.- 27 dekabr, ¹51-52.- S.6.