"Ulduz"lu görüşlər"in növbəti
qonağı Azər Turan olub
Azərbaycan
Yazıçılar Birliyinin (AYB) mətbu orqanı
"Ulduz" ədəbiyyat dərgisinin layihəsi davam edir.
"Ulduz"lu
görüşlər"in növbəti qonağı tənqidçi,
publisist, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər
Turan olub. AYB-nin Natəvan klubunda keçirilən
görüşdə Azərbaycan Universitetinin tələbələri
iştirak ediblər. "Ulduz" jurnalının baş
redaktoru Qulu Ağsəs türk məfkurəsini öz həyat
amalına çevirən Azər Turanın həyat və
yaradıcılığının əsas məqamlarına nəzər
salaraq, görüşü açıq elan edib.
"Ulduz" jurnalının şöbə redaktoru Taleh
Mansur dəyərli kitablar müəllifi olan Azər Turanla
görüşün tələbələr üçün
əhəmiyyətli olacağını vurğulayıb.
Azər
Turan görüşü təşkil etdiyinə görə
"Ulduz" ədəbiyyat dərgisinə minnətdarlığını
bildirib. Qonaq zəngin milli
düşüncə tariximizə nəzər salaraq, ədəbiyyatımızda
geniş yer tutan türk təfəkkürü,
özünüdərk, vətən
və millət mövzuları ətrafında
fikirlərini bölüşüb. Nizami Gəncəvi,
Əhməd Cavad, Hüseyn
Cavid, Məhəmməd Hadi,
Əli bəy Hüseynzadə kimi dühaların yaradıcılığının
öyrənilməsinin əhəmiyyətini qeyd edib.
Sözügedən mövzularda
tələbələri maraqlandıran suallar
cavabalandırılıb, onlara Azər Turanın imzalı
kitabları hədiyyə edilib.
Ədəbiyyat
qəzeti.- 2025.- 18 aprel, ¹13.- S.31.