Azərbaycan dilində nəşr olunan
"Abay" romanı
oxuculara təqdim olundu
Aprelin
23-də Azərbaycanda Atatürk Mərkəzində görkəmli
qazax yazıçısı
Muxtar Auezovun Beynəlxalq Türk Akademiyası tərəfindən
nəşr olunan
"Abay" kitabının
təqdimatı olub.
Atatürk
Mərkəzi və Beynəlxalq Türk Akademiyasının birgə
təşkilatçılığı ilə keçirilən təqdimatda Milli Məclisin
deputatları, elmi ictimaiyyətin nümayəndələri,
QHT və media təmsilçiləri
iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan
Atatürk Mərkəzinin direktoru,
akademik Nizami Cəfərov Muxtar Auezovun həyat və yaradıcılığı
barədə ətraflı
məlumat verərək,
onun "Abay" romanında türk xalqlarının ortaq mənəvi dünyasını
əks etdirdiyini vurğulayıb. O, Muxtar Auezovun "Abay" əsərinin yalnız qazax ədəbiyyatının
deyil, ümumtürk dünyasının müstəsna
bədii irs nümunələrindən biri
olduğunu qeyd edib. Akademik diqqətə çatdırıb
ki, əsər təkcə
Qazaxıstan üçün
deyil, bütün türk dünyası üçün dərin fəlsəfi və tarixi əhəmiyyət daşıyır.
Tədbir
iştirakçılarını salamlayan Türk Akademiyasının prezidenti,
akademik Şahin
Mustafayev tədbirin əhəmiyyətindən
danışaraq bildirib
ki, "Abay" əsəri
bütün türk dünyasının ortaq dəyəridir. O qeyd edib ki, Auezovun yaradıcılığı təkcə
Qazaxıstan ədəbiyyatı
ilə məhdudlaşmır,
bu əsərlər bütün türk dünyasının ədəbi
və mədəni sərvətidir. Şahin
Mustafayev çıxışında Abay Kunanbayevi anlamanın, sadəcə bir şairi deyil, bütöv bir xalqın maariflənmə, yeniləşmə
və özünüdərk
tarixini anlamaq olduğunu qeyd edib.
Şahin
Mustafayev, eyni zamanda rəhbərlik etdiyi Türk Akademiyasının
fəaliyyəti, əsas
məqsəd və vəzifələri haqqında
da danışıb. Bildirib
ki, Akademiyanın əsas
missiyası türk dünyasının ortaq tarixini, dilini və mədəniyyətini
araşdırmaq, bu dəyərləri gələcək
nəsillərə çatdırmaq
və türk xalqları arasında elmi-mədəni əməkdaşlığı
gücləndirməkdir.
Şahin
Mustafayev çıxışında qeyd edib ki, Türk
Akademiyası tərəfindən
bir sıra tanınmış ziyalıların,
o cümlədən Abbasqulu
ağa Bakıxanovun və Bəkir Çobanzadənin əsərləri
müxtəlif türk
dillərinə tərcümə
olunub. Azət Turanın “Əli bəy Hüseynzadə” kitabı özbək və qazax dillərinə
tərcümə edilərək
qırğız və
qazax ictimaiyyətinə
təqdim olunub. Bu təşəbbüslər ortaq
ədəbi irsin paylaşılmasında və
mədəni inteqrasiyanın
dərinləşdirilməsində mühüm rol oynayır.
Tədbirdə çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri
Alim Bayel "Abay"
romanının Azərbaycan
oxucusuna təqdim olunmasını ölkələrimiz
arasında mədəni
əlaqələrin inkişafı
baxımından mühüm
hadisə kimi dəyərləndirib.
Səfir
vurğulayıb ki, Azərbaycan
və Qazaxıstan ortaq tarixi, dili
və mədəni köklərə malik ölkələrdir
və bu kimi təşəbbüslər
bu birliyin daha da güclənməsinə,
xalqlar arasında qarşılıqlı anlaşma
və mədəniyyətlər
arası dialoqun inkişafına xidmət edir.
TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er öz çıxışında
Türk xalqlarının
mədəni bütövləşməsində
milli-mənəvi dəyərlərin
böyük tərənnümçüsü
olan Abay kimi şəxsiyyətlərin
əsərlərinin nəşrinin
böyük əhəmiyyət
kəsb etdiyini vurğulayıb.
Tədbirdə çıxış edən Milli Məclisin deputatları Fazil Mustafa, Hikmət Babaoğlu, Fatma Yıldırım, Afət
Həsənova, AMEA-nın
Nəsimi adına Dilçilik İnstitutunun
direktoru Nadir Məmmədli,
Azərbaycan Mətbuat
Şurasının sədri
Rəşad Məcid,"Ədəbiyyat qəzeti"nin
baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, filologiya elmləri doktoru, professor Elman Quliyev və digərləri əsərin nəinki ədəbi, həm də ideoloji baxımdan türk dünyası üçün
böyük əhəmiyyət
daşıdığını bildiriblər. Qeyd olunub ki, əsərdə
təkcə Abay Kunanbayevin həyatı deyil, eyni zamanda,
türk xalqlarının
ortaq taleyi, milli oyanış və maarifçilik ideyaları əks olunub.
Natiqlər bu
cür nəşrlərin
xalqlar arasında mədəni körpülər
yaratdığını və
ortaq mənəvi irsin qorunmasına xidmət etdiyini vurğulayıblar.
Ədəbiyyat
qəzeti.- 2025.- 25 aprel, ¹14.- S.3.