Bakı Dövlət Universitetində Elnarə

Akimovanın tələbələrlə görüşü keçirildi

 

Milli Məclisin deputatı, YAP-ın İdarə Heyətinin üzvü Elnarə Akimova Bakı Dövlət Universitetində tələbələrlə görüşüb.

Bu barədə deputat özünün Facebook hesabında məlumat paylaşıb.

Deputat, universitetdə səslənən fikirlərdən çox məmnun olduğunu bildirib. Təxminən yarım saat davam edən görüşdə o, tələbələrə ədəbi tənqid ədəbiyyat tarixinin inkişafı ilə bağlı məlumat verib. Tarixi ədəbiyyat, uşaq ədəbiyyatı, eləcə dünya ədəbiyyatında mövcud olan elmi-nəzəri araşdırmalarla tanış olub, onların suallarını cavablandırıb.

 

Ədəbiyyat qəzeti.- 2025.- 25 aprel, №14.- S.9.