Qurtulan Şərqin sembolu
""Altunkitab"
heyəti-təhririyyəsi tərəfindən vüqu bulan təklifə
veriləcək cavabımı düşünürkən Qazi
paşanın yüksək şəxsiyyətindən
duyduğum həyəcanları kəndi-kəndimə tədqiq
etdim, baqdım ki, hürriyyət və istiqlalı
üçün qanlı, fəqət şanlı mücadiləyə
girişdə Şərqin kəndisində müzmər
bulunan böyük məfhumların kaffəsi Mustafa Kamalın
şəxsində kamal dərəcəsini bulmuş, aydın
və mütəbəllir bir ümdə halına
girmişdir.
Orta
zaman zehniyyətindən müasir zehniyyətə
çıqan Şərq, başda mübariz Türkiyə
Cümhuriyyəti olduğu halda, hər tərəfdə
göstərdiyi təzahürləri ilə vəqtilə
feodalite zehniyyətindən demokrasi zehniyyətinə keçən
Avropanın bilxassə XIX əsrdə yapdığını
təkrarlamaqdadır.
XIX əsr
Avropa demokrasisi başlıca daxili düşmənlər, yəni
aristokrasi zümrələri ilə
çarpışmış, hürriyyət, müsavat və
ədalət prinsipləri başladığı böyük
davanın ilk payəsini təşkil etmişdir. Fəqət
sonra Amerika demokrasisinin Avropa istila və istismarına
qarşı açdığı istiqlal hərbi ilə
müasir demokrasinin dördüncü rüknünü təşkil
edən milliyyət məbdəi də eyni qüdsiyyət və
ülviyyətlə təqdir olunmuş, hürriyyət,
müsavat, ədalət prinsipləri milliyyət prinsipi ilə
təkmil edilmişdir.
İyirminci
əsr Şərq demokrasisinin əsridir. Bu əsrin
şüuru, on doqquzuncu əsr Avropa demokrasisində
gördüyümüz kibi, milli hakimiyyət fikirlərinin
ümumi vicdanlarda hüsula gətirdiyi təhavüllər nəticəsində
doğmuşdur. Şu qədər ki, Avropa demokrasisi ibtida
hürriyyət və sonra hakimiyyət üçün
mücadilə etmişkən Şərq demokrasisi ibtida
hakimiyyət, sonra da hürriyyət ümdələrinə
sarılmaq məcburiyyətində qalmışdır.
Avropa
ilə Amerikada milli istiqlal davasını dəröhdə edən
siyasi firqələr hüquqi-bəşər davasında
bulunan mütəqəddim təəzzüvlərin mütəəxxir
bir şəklini təşkil etmişkən Şərqdə,
Türkiyə misalında görüldüyü vəchlə,
hürriyyət və demokrasi şüarı milliyyət
şüarının bir istitaləsi şəklində
zühur ediyor. Orada hürriyyət məfhumu milliyyət məfkurəsini,
burada milliyyət məfkurəsi hürriyyət qayəsini
doğuruyor. Qərblə Şərq tarixlərinin xüsusiyyətindən
doğan bu fərq belə, "hürriyyət"lə
"milliyyət" məfhumlarının biri digərindən
ayrılmaz bir küll olduğunu isbat etməzmi?!
On
doqquzuncu əsr demokrasi tarixinin qeyd etdiyi iki tipik hadisə
vardır: Böyük Fransa inqilabı ilə Amerika
İstiqlal müharibəsi.
Fransa
inqilabı müstəqil bir dövlət halında ikən bəşəri
haqqını qazanmaqla hürr bir cəmiyyət halını
almaq istəyən bir millətin hərəkətidir. Amerika
ixtilalı isə hürr bir cəmiyyət halında ikən
müstəqil bir dövlət həyatı ilə yaşamaq əzmini
göstərən bir millətin həmləsidir.
Mənhus
Sevr müahidəsi ilə inqiraz və izmehlal uçurumuna
yuvarlanan Türkiyəni bugünkü şanlı mövqeyinə
çıqaran hərəkət Türkiyə istiqlalını
qazanmaya mütəvəcceh bir hərəkətdi. Şərqdəki
böyük hərəkətin şərəfli rəhbərliyini
təmsil edən bu şanlı qəzanın qazi rəhbərini
Amerika İstiqlal hərbinin böyük qəhrəmanı
Vaşinqtonla qiyas edənlər, əlbəttə,
aldanmıyorlar.
Fəqət
Qazi paşa yalnız Vaşinqton deyildir. O, Türkiyənin əcnəbilərə
qarşı istiqlal və hakimiyyətini müdafiə etməklə
qalmadı, eyni zamanda Böyük Fransız inqilabının təmin
etdiyi hürriyyəti də təsis etdi ki bu misalı ilə
o, durğun Şərq mühitinin hürriyyət və hərəkət
sahəsinə atılmasını da təşviq etmiş
oldu.
Bəzi
münəqqidlər Qazi paşayı böyük amerikalı
ilə müqayisə edərkən onun daxili və firqəvi
bir məsələ ədd etdikləri cümhuriyyət və
demokrasi mücadilələrində bitərəf
qalmasını arzu etmişlərdi. Bu arzu, bizcə,
ozamankı Amerika hərəkəti ilə şimdiki Şərq
hərəkəti arasında mövcud böyük fərqi
görəməməkdən iləri gəliyordu.
İyirminci
əsrin Şərqi on doqquzuncu əsr Qərb tarixinin qeyd
etdiyi Amerika ixtilalı ilə Fransız inqilabını bir həmlədə
yapmaq zərurətindədir. Mustafa Kamalın
böyüklüyü, iştə, tarixin bu zərurətini
qavrayışındadır. Bu şümullu dühası ilə
türk milliyyətçiliyinin şanlı başbuğu,
eyni zamanda qurtulan Şərqin də semboludur!
RƏSULZADƏ
Məhəmməd Əmin
Ədəbiyyat
qəzeti.- 2025.- 25 aprel, №14.- S.11.