Sarı pencək  

 

Hekayə

 

Nənəm ad günümə bit bazarı adlanan yerdən ikinci əl, qəribə qoxusu olan, antik əhvallı sarı pencək almışdı. Rəngi xoşuma gəlmirdi, ancaq nənəm inciməsin deyə, pencəyi tərifləyir, onu əynimdən çıxarmırdım. Nənəmin zövqü yox idi, ancaq mən bu pencəyə çox bağlanmışdım. Hamıdan qoruyurdum sarı pencəyimi... Pencəyin cibləri elə dərin böyük idi ki, dükandan aldığım tərəvəzləri rahatlıqla özümlə daşıya bilirdim. Hər şey sığırdı pencəyimin ciblərinə... Hətta futbol topumu da cibimdə gəzdirirdim.

Bir dəfə nənəm "sarı pencək"lə bağlı kədərli xatirəsinin olduğunu deyib, kövrəlmişdi. Nabat nənəmin böyük qardaşı Mehdi müharibədən qabaq özünə sarı pencək alıbmış. Dəyirmançı işləyən Mehdi boylu-buxunlu, yaraşıqlı oğlan imiş. Bütün kənd onu "Sarı pencəkli oğlan", deyə çağırarmış. Bu ləqəbin sonralar ağrılı xatirəsi nənəm Nabatı uzun müddət rahat buraxmayıb...

Müharibəyə gedəndən iki ay sonra qara kağızını gətirən poçtalyonu nənəmin əlindən güclə alıblar. Nənəm qardaşı Mehdinin sarı pencəyini bu yaxınlara kimi saxlayırmış. Keçən ilin yayında pencəyi aparıb qəbiristanlıqda basdırandan sonra elə bil nənəmin üstündən ağır bir yük götürüldü...

- Ay bala, o qapını yavaş ört.

Atam sınayıcı nəzərlərlə baxışlarını üstümə sərib, dişlərini qıcadı, sonra heç deməyib əsəbi halda üzünü yana çevirdi. Keçən ay örüşdən qayıdan inəyimizi kimsə daşla vurub ayağını şikəst eləmişdi. O vaxtdan kişi yaman əsəbi idi. Gah anamı, gah da məni acılayırdı, günlərlə bizi dindirmir, qaşqabağı açılmırdı. Bircə nənəmlə mehriban dolanırdı. Hərdən atamdan inciyir, günlərlə gözünə görünmürdüm, dərs oxumaq adıyla kənd kitabxanasına gedir, axşama kimi məktəbin meydançasında uşaqlarla futbol oynayırdım. Elə bilirdim ki, evdə yad kişi peyda olub mən onu evdən qova bilmirəm. Çünki anam onu çox istəyir bu "istək" qədər yorucu olsa da, gerçəkdir...

Qapının əttökən cırıltısı kəsilən kimi, qonşumuz Aynuru həyətimizdə gördüm. Özümü itirdim. Yanına yaxınlaşdığımı onu qucaqladığımı təsəvvür etdim...

- Böyü, yekə oğlan ol, elçilərini göndər, sonra da...

- Sonra da ?! oğrun baxışlarla ətrafa göz gəzdirdim.

Aynur lalə yanaqlarını oxşayıb, güldü. Ətli yançaqlarını oynada-oynada nar ağacını dövrə vurmağa başladı: "sonra deyərəm, hələ tezdi", - deyib, məni bir az da həyəcanlandırırdı. Nədənsə yadıma rəhmətlik Telli xala düşdü. O da eynən həyətimizdəki tut ağacını dövrə vurardı, sonra da soğan iyi verən ağzını açıb, dayanmadan əsnəyərdi. Telli xala yetim böyümüşdü, gözütox, nəcib adam idi, yaxşı yorğan sırıyardı, oğlu Ramiz Qarabağ müharibəsində itkin düşəndən sonra havalanmışdı. Kimin həyətində tut ağacı vardısa, başına çıxıb, oğlu Ramizi səsləyərdi. Elə bilirdi ki, ağacdan oğlunu çağırsa, o da səsini eşidib evə qayıdacaq.

Gecə hamı yatandan sonra rəhmətlik Telli xalanın sırıdığı güllü yorğanı üstümdən atıb, taxta döşəməmiz cırıldamasın deyə barmaqlarımın ucunda cəld həyətə çıxdım. Ay işığı gecənin qoynuna nur saçırdı, özümü nağıllar aləmində hiss edirdim. Sarı pencəyimi çiynimə atıb, "Dərələr" mahnısını zümzümə edə-edə Aynurgilə yollandım. Aynur məndən beş yaş böyük idi. Di gəl, özümü elə aparırdım ki, guya hər şeyi bilir, hər mövzudan baş çıxarıram... Təzəlikcə siqaret çəkməyi öyrənmişəm, ülgüc dəyməsə , bığ yerim bilinir, daha lazımdı?!

Həyətlərinin kol çəpərindən birtəhər keçib, üz-gözümü cıran kolun yiyəsini söyə-söyə əlimdəki xırda daşın birini Aynurun yataq otağının pəncərəsinə atdım. Şüşənin səsi içimi doğradı. Tez kolun dibinə əyildim. Sonra ehmalca qalxıb, yenə pəncərəni daşladım. Bilirdim ki, yatmır, özünün dediyi kimi, bu vaxtı radioya qulaq asmalı idi.

Aynur pəncərəyə yaxınlaşan kimi özümü kolun dibinə verdim. Pəncərəni açıb, pıçıltıyla "Kamran, sənsən?" - deyə dilləndi, əli ilə gecə paltarının yaxasını tutdu. Deyəsən, başqasını gözləyirdi. Kefim pozuldu. Kim idi görəsən, bu bəxtəvər?!. Kim idi Aynurun gözlədiyi o atlı oğlan?!. Yerimdən tərpənmədim. Aynur ətrafa boylanıb, heç kimin olmadığını yəqin edəndən sonra pəncərəni bağlamaq istədi, ancaq necə oldusa, mənim gizləndiyimi gördü, əsəbi halda dağınıq saçlarını üzünə töküb, başını buladı. Gözlərindəki qəzəb ürəyimi yun kimi didməyə başladı, az qala nəfəsim kəsiləcəkdi. Dodaqlarından bal süzülürdü, yanaqları dan yeri kimi qızarmışdı, bədənimi tit-tir əsdirən gözləri isə...

- Heç olmasa əyninə düz-əməlli bir şey geyin, nədi o sarı pencəyi atmısan çiyninə?!

- Axşamın xeyir!

- Hər vaxtın xeyir!

- Kamran kimdi?

- Sənə ?

- Heç...

- istiyirsən?

- İçəri keçə bilərəm?

- Başqa arzu, istəyin? Bir yerin əldən gedir deyəsən...

- Səninlə söhbət eləmək istəyirəm.

Saçlarını əli ilə arxaya atıb, ciddi sifət aldı. Elə bildim, bu dəqiqə məni döyəcək. Qorxdum. İçimə dolan sancını gizlətməyə çalışırdım.

- Mənimlə söhbət eləmək istəyirsən?

- Evlənmək istəyirəm.

Güldü. Sonra da baş barmağı ilə "əla" işarəsini göstərib, pəncərəni örtdü. Bir az dayanıb, evə qayıtdım. Yolboyu özümü söyürdüm. Sarı pencəyimə görə utanmışdım, Kamran adına nifrət eləməyə başlamışdım, bu adı bir eşitmək istəmirdim...

Səhəri gün atamla mal bazarına getdik. Əmim Talıbın sınıq-salxaq "UAZ"ı əsl işgəncə olsa da, dinmirdim, özümü elə aparırdım ki, guya halımdan məmnunam. Mal bazarına çatanda qusdum, bir tərəfdən, heyvanın iyi, o biri tərəfdən, Talıb əmimin iyi. Hamısı bir-birinə qarışmışdı. Uşaq vaxtı bu iylərə qarşı elə həssas deyildim, indi az qala ürəyim ağzıma gəlirdi.

- Əşrəfin qızını da Habilin oğluna aldılar.

- Hansı Əşrəfin? Hambal Əşrəfin qızını?

- , neçə Əşrəf var?!

Bir anda sancılandım. Qarnımın içi qarışqa yuvasına döndü. Elə bildim yuxudu. Ancaq əmimin iyindən bildim ki, yuxu deyil. Eşitdiklərimə inanmaq istəmirdim. Səbirsizliklə axşamın düşməsini gözləyirdim... Bunu Aynurun özündən xəbər alsam, bəlkə onda inanaram.

Aynurun pencəyimlə bağlı iradına acığım tutmuşdu. Sarı pencəyimi çiynimə atıb, yola çıxdım. Yolda bir ins-cins yox idi. Göy üzünü alan qara buludlardan gözüm su içmədi. Tez-tez mənə dediyi sözü xatırlayırdım: "Böyü, yekə oğlan ol, elçilərini göndər, sonra da..." O "sonra da"nın olduğunu öyrənmək üçün çox tələsirdim. Aynurgilin evinin həndəvərində vurnuxmağa başladım.

Hələ hava qaralmamışdı. Qapını açıb, həyətə sarı boylandım. Heç kim yox idi. Gözlərim Aynurdan qabaq Əşrəf dayının çəkmələrinə sataşdı. Geri qayıtdım. Çayın qırağında oturub, ayaqlarımı suya saldım. Hava qaralan kimi özümü kol çəpərə çatdırdım. Aynurun otağının işığı yanırdı. Kiminləsə danışırdı. Bircə Kamran olmasın. Hardan çıxdı axı bu Kamran?! Danışıb qurtaran kimi radionu açdı. Türk mahnısı oxundu. Deyəsən, Ahmet Kayanın səsi idi. Aynurun Ahmet Kaya sevgisi mənə çoxdan məlum idi. Bir ara özümü Ahmet Kayaya oxşadırdım. Saçımı onun kimi darayır, səsim xırıltılı olsun deyə siqaret çəkməyə başlamışdım. Mahnının təsirindən yerimdə donub qalmışdım. Aynurun al yanaqlarını düşünürdüm ki...

- fikirləşirsən belə? Olmaya aşiq olmusan?!

Başımı qaldırıb, al yanaqlarının əvvəlkindən çox qızardığını gördüm. Tül pərdəni çəkib, içəri keçdi. Radionu söndürüb, otağın qapısını ehtiyatla açdı. Gecə paltarında idi, ürkək addımlarla mənə tərəf gələndə bədənimdən istilik qalxdı. Başım hərləndi, az qala özümdən gedəcəkdim. Çatan kimi məni qucaqladı. Sinəsi boynuma toxunduqca, bihuş olurdum. Əlimi saçlarına apardım. Barmaqlarım titrəyir, boğazım quruyurdu. Aynuru öpmək istəsəm , boyum çatmırdı. Çənəsi alnıma toxunurdu.

- Deyəsən, yağış yağacaq...

- O düzdü ki...

- Sus. Xahiş edirəm, sus. Heç demə. Aynurun gecə kimi qara gözlərini ilk dəfə idi belə yaxından görürdüm. Kömbə dodaqları əsdi.

Nar ağacının dibində oturub, bir-birimizə sarıldıq. Sərin meh əsdikcə dağınıq saçları üzümə toxunur, bədənimdən soyuq tər axırdı. Üşüdüyünü görüb, sarı pencəyimi çiyninə atdım. Xoşuna gəldi bu hərəkətim. Güldü. Başını dizimə qoyanda bir az da həyəcanlandım, sonra nəsə oxumağa başladı. Dilim tutulmuşdu, tərpənə bilmirdim...

- Elə bilirsən ki, mən xoşbəxtəm? Aynurun səsindəki çarəsizliyi hiss elədim. Tez-tez udqunmağa başladı.

- Elə mən ... Kəkələdim.

- Gəl, yaxşı şeylərdən danışaq. Məsələn, de görüm, məni qədər sevirsən?

- Bilmirəm.

- Bilmirsən?

- Hələ bilmirəm...

Küçənin başında itlər hürüşməyə başladı. İkimiz susub, səmanın sonsuzluğuna baxırdıq. Aynurun göz yaşları gilələnib kirpiklərindən asılı qalmışdı. edəcəyimi bilmirdim. İstədim mən ağlayım, ancaq gücüm çatmadı. Aynura o sirli sualı vermək istəyirdim, sonra olacağı məni çox maraqlandırırdı, təzəcə özümdə cəsarət tapmışdım ki, qəfil ayağa qalxdı. olduğunu bilmədim. Bir söz deməyib, evə tərəf qaçdı. Arxasınca məlul-məlul baxdım, arxasınca qaçmaq istədim, ancaq dizlərim əsdi, elə bil ayaqlarım yerə mıxlanmışdı...

...Evə çatanda sərxoş adamlar kimi səndələyirdim.

 

***

 

Səhəri gün əynində sarı pencək olan qızın ölüm xəbəri kəndə işıq sürəti ilə yayılmışdı. Atam susmuşdu, bircə anam yerində dura bilmirdi... "Axı o sarı pencəyin orda işi var?" deyəndə dik atıldım. Gözümə qaraltı çökdü. Sonra oldusa, yadıma gəlmir. Aynuru görməyə tələsirdim, onu qədər sevdiyimi demək istəyirdim...

 

***

 

Bölməyə çatanda üst-başımı yoxladılar, ancaq qollarımı qaldıra bilmədim. Elə bil qollarımdan daş asılmışdı. Müstəntiqin suallarına cavab vermək üçün otağa keçdim. Gecə olanları danışdım. Necə var, elə danışdım. Ağlamaq tutdu məni. Ən çox da müstəntiqin axırıncı sualı məni kövrəltdi: "Son sözü oldu?" Bir anlıq karıxdım. Özümü ələ alıb, dilləndim: "onu qədər sevdiyimi soruşdu", - müstəntiq soyuq baxışlarını ətrafda gəzdirib, vahiməli səslə: "Sən dedin?" - deyə soruşdu. Etinasız halda: "hələ bilmirəm", dedim.

 

***

 

Bu hadisədən bir il keçmişdi. Aynurun intihar səbəbi hələ bilinmirdi. İntiharı bəziləri sevmədiyi adama verilməsindən, bəziləri nəsə günahının olmasından bilirdi. Bəziləri bakirəliyini itirməsi ilə əlaqələndirirdi. Ancaq bu barədə dəqiq məlumat yox idi. Hərdən özümü qınayıram. Gərək həmin gecə onu tək buraxmazdım. Ya da çıxıb gedərdik bu kənddən. Uzağa, bilim çox uzağa. Ancaq...

Hər şey unudulandan sonra sarı pencəyimi evimizə gətirən nənəmin üzündəki kədər qarışıq ifadəni görüb, sarsıldım. Anamla nəsə danışıb, yola çıxdılar. Mətbəxdən qayçını götürüb, sarı pencəyimi tikə-tikə doğradım. Nənəm görməsin deyə sarı pencəyimin tikələrini yığıb, bir torbaya qoydum, gizlincə qəbiristanlığa tərəf yollandım.

Pencəyimə qazdığım qəbrə özüm girmək istədim, ancaq sığışmadım, pencəyin tikələrini basdırıb, tez uzaqlaşdım ordan...

Sarı pencəyimi dəfn etdiyim gün böyüdüyümü anladım. Aynurun sözləri yadıma düşdü: "Böyü, yekə oğlan ol, elçilərini göndər, sonra da"... Sonra oldusa, içimə dolan qəhər vəhşi heyvan kimi çölə atıldı mən bir daha uşaq ola bilmədim...

 

Tural CƏFƏRLİ

 

Ədəbiyyat qəzeti.- 2025.- 25 aprel, №14.- S.30.