Qırğızıstan Milli Kitabxanasında
“Azərbaycan
ədəbiyyatı guşəsi”
açılıb
Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin təşkilatçılığı
ilə 20-25 aprel tarixlərində Qırğızıstanda
Azərbaycan Mədəniyyəti
Günləri keçirilir.
Tədbir çərçivəsində
aprelin 22-də Alıkul
Osmonov adına Qırğızıstan Milli
Kitabxanasında "Azərbaycan
ədəbiyyatı guşəsi"nin
açılışı olub.
AZƏRTAC xəbər verir ki, mərasimdə
Azərbaycanın mədəniyyət
naziri Adil Kərimli, TÜRKSOY-un Baş katibi Sultan Raev, Qırğızıstanın
mədəniyyət, informasiya,
idman və gənclər siyasəti nazirinin müavini Gülbara Abdıkalıkova,
ölkəmizin Bişkekdəki
səfiri Lətif Qəndilov, Qırğızıstan
Milli Yazıçılar
İttifaqının sədri
Kanıbek İmanaliyev
və başqa qonaqlar iştirak ediblər.
Əvvəlcə Azərbaycan və Qırğızıstan Milli
kitabxanalarının direktorları
Kərim Tahirov və Aynura Askarovna çıxış
edərək "Azərbaycan
ədəbiyyatı guşəsi"nin
yaradılmasını iki
ölkə arasında
ədəbi-mədəni əlaqələrin
genişləndirilməsi baxımından
əhəmiyyətini vurğulayıblar.
Kərim Tahirov
deyib ki, Mədəniyyət Nazirliyinin
dəstəyi ilə Milli Kitabxana tərəfindən xarici ölkələrin müvafiq
kitabxanalarında "Azərbaycan
ədəbiyyatı guşələri"nin
yaradılması istiqamətində
davamlı iş aparılır. İndiyədək
dörd ölkədə
belə guşə yaradılıb.
Qeyd olunub ki, "Azərbaycan ədəbiyyatı guşəsi”ndə oxuculara 250-dən artıq nəşr təqdim edilir. Burada Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və müasir inkişafına dair nəşrlər yer alıb. Guşənin ölkəmizin dövri nəşrləri ilə də təminatı nəzərdə tutulur.
Ədəbiyyat
qəzeti.- 2025.- 25 aprel, ¹14.- S.19.