Mənim gözəl Şahanəm
"İran nəğmələri"
silsiləsindən
Mənim
gözəl Şahanəm,
Şahanə gülüm
mənim!
Şimallı olduğuma doğmasan,
yoxsa belə?!
Zəngin
səhralarlıyla məşhurdur
elim mənim,
Bənzəyir ay nurunda üzən
zəmi məşələ;
Mənim
gözəl Şahanəm,
Şahanə gülüm
mənim.
Şimallı olduğuma doğmasan,
yoxsa belə,
Orda ay burdakından böyükdür
neçə dəfə,
Şiraz
çox füsunkardır,
ancaq mən yenə hələ.
Uçmağa tam hazıram Ryazanım
tərəfə;
Şimallı olduğuma doğmasan,
yoxsa belə?!
Zəngin
səhralarıyla məşhurdur
elim mənim,
Bənzəyir zəmiləri qızılı
saçlarına...
Dola barmaqlarıma, ağrımaz
əlim mənim,
Vurğunam öz yurdumun yaşıl yamaclarına;
Cənnət məkanı ilə
məşhurdur elim mənim.
Bənzəyir ay nurunda üzən
zəmi gözələ.
Qıvrım saçlarıma bax,
telimdən tanı məni,
Zarafat
et, gülümsə, düşməz
bu anlar ələ,
Salma ancaq yadıma, salma, gülüm, Vətəni;
Bənzər ay işığında üzən zəmi gözələ.
Mənim
gözəl Şahanəm,
Şahanə gülüm
mənim!
Şimalda, o diyarda sənə
bənzər qız
da var,
Tanrım,
insan insana bu qədər necə oxşar!
Bəlkə də mənim haqda düşünür
o gözəl yar,
Mənim
gözəl Şahanəm,
Şahanə gülüm
mənim!
Deyirdin ki, Sədi...
Təəccüblü nə var, sən
Onun zövqünə bir bax! -
Gözəli sinəsindən
Öpürmüş Sədi ancaq.
Oxudun: -
"Fərat üçün
Gözəldir gül gözəldən".
Mən isə həyat üçün,
Oxuyardım əzəldən.
Gözəlsə də qızılgül,
Ona çox gözəl demə -
Sözlərimi eşit, bil,
Yoxdur tay Şahanəmə.
Ruhum
var, azad quşam,
Bezdim boş adətlərdən;
Şairtək doğulmuşam,
Şairtək öpürəm mən.
Olmamışam
Bosforda mən
Bosforda heç olmamışam,
Ordan mənə vermə sual.
Heykələ dönüb qalmışam
Mavi gözlər önündə
lal.
Bağdada da getməmişəm
Tacir karvanlarıyla mən.
Orda alver etməmişəm,
Düşmüşəm anca taqətdən.
Fikirdən yordum dözümü
-
Əbədi nə var dünyada?
Axır
ki tapdım özümü;
- Mən şairəm Rusiyada!
Sızıldadır qarmon səsi,
İtlər hürür üzü
aya,
Fars gözəli, var həvəsin
-
Gedək
o mavi dünyaya?
Hüzuruna gəldim, yarım,
Çağırdın eşq ünvanına.
Sənin
zərif barmaqların
Döndü durna qanadına.
Qoy unudum keçmişimi,
Rahatlıq hopdur qanıma.
Yoxdur ölkə ölkən kimi,
And içirəm bu canıma.
Unutdur qarmon avazın,
Dadım
bu gül nəfəsindən.
Yolumu gözləyən qızın
Qaçmayım görüşünə mən.
Bosforda olmadım, xeyr,
Uydurram
bir şey... istəsən;
O gözlər daşır,
kükrəyir,
Ruhuma od
püskürürsən.
Qövr eləmir
köhnə yaram
Qövr
eləmir köhnə
yaram,
Sancı
qopmur ürəyimdən.
Udub mavi çiçəklərin
Ətrini,
məst oluram mən.
Tehranda bir çayxanada
Çayçı pürrəngi çay
verdi.
Araqla, çaxırla deyil,
Bu çayla sağaldı dərdim.
Ağa,
ətirli çayını,
Qoy tez-tez içməyə gəlim.
Çadra altdan burda mənə
Baxır
bir İran gözəli.
Bizdə
qızlar azaddırlar,
Azaddır sevgiləri də.
Bizdə
görüş könüllüdür,
Bal dadır öpüşləri
də.
Nə gözəldir bu ay üzlü,
Cana gəldim, inan mən də.
Xorasan şalı verərdim,
Şiraz
xalçası üstündə.
Süz,
ağa, süz o bal çaydan,
Dilim yalan satmaz sənə;
Mən özümə cavabdehəm,
Sənsə cavabdeh özünə.
Çox
boylanma bağçaya
da,
Başqa
qapısı var yenə.
Əbəs yerə göz vurmurdu
Çadra altdan o qız mənə.
Dəllaldan sordum bu gün
A dəllal, yarım tümən
Neçə manat eyləyər?
Açımmı qəlbimi mən
Fars gözəli Laləyə?
Bu gün yenə də sordum,
Öyrətsin məni deyə:
- Necə başa salım mən
Öpüş sözün Laləyə?
Sığmırdım yerə, göyə,
Sıxılırdı ürəyim.
Necə
deyim Laləyə
Sənsən mənim gərəyim?!
Dinlədi gülə-gülə -
Dəllal
hal əhli idi.
Dedi: - Qızı söz ilə
Ələ almaq çətindi.
Öpüşün yoxdur adı,
Dodaqda qalmır izi.
Tanrı
belə yaradıb -
Gül ətri verir özü.
Kim eşqə əbəs deyər?
Sevinci, kədəri var.
"Mənimsən" o kəs
deyər
Çəkər, çadranı atar.
Sergey
Yesenin
Tərcümə etdi:Valeh
MİRZƏ
Ədəbiyyat
qəzeti.- 2025.- 25 aprel, №14.- S.32.