TÜKƏNMƏZ
YALANLAR USTASI
Üç gün bundan əvvəl «Yeni müsavat»
qəzetinin köşə
yazarının növbəti
sicilləməsi ilə
tanış olduq
(«Yeni müsavat» 28 noyabr
2025).
Bu zatın illər boyu davam edən
«anarşünaslıq» təcrübələrinin
səciyyəvi özəllikləri
həmin mətnlərdə
də əks olunub, yəni gücsüz nifrətin və hiddətin yalanla, iftirayla, böhtanla ifadə edilməsi. Bu müəllifin
orijinal özəlliyi
ondan ibarətdir ki, bir yalanını konkret faktlarla təkzib edirsənsə heç üstünü vurmur, bir müddət
sonra hıqqanıb-zıqqanıb
yenisini uydurur. Yalan yazmaq bu
zatın tək peşə özəlliyi
deyil, həm də hava-su kimi yaşamaq şərtidir. Bir müddət
kimsə ya kimlərsə ipini çəkmişdilər, daha
AYB-yə sataşmırdı,
görünür yenə
qısqırdıblar ki, Anar
haqqında yeni yalanı
aləmə car çəkir.
«Yeni Müsavat» qəzetinin
dediyimiz sayında dərc olunmuş «Əl yalamaq haqqında hədis» adlı yazısında belə bir parça
var:
«Heykəltəraş Ömər
Eldarovun müsahibəsini
oxumuşam». Bu sözlər
yəqin ki, yalan deyil, amma yalanlar
bundan sonra başlanır:
Guya AYB sədri Anar Ö.Eldarova portretini sifariş verib. Və özü uydurduğu bu ağ yalandan sonra qara palçıq
vulkanı kimi iftiralar püskürür:
«Yəqin Anar müəllim haqqında
portret əsasında heykəlini təraş etməyi
sifariş verər. Yoxsa rəsm şəklində özü
də heykəltəraşa zakasın nə mənası var.
Buradan isə belə nəticə çıxır, Anar
müəllimdə şöhrətpərəstlik,
özünə vurğunluq yaranmışdır. Həmçinin
3 min üzvü olan AYB-nin qanacağı çatmayıb ki,
öz sədrinin portreti və heykəlin düzəltdirsin».
Bu abzasda təəccüb doğuran söz «qanacaqdır». Çünki
köşə yazarı «qanacaq» anlayışından zəmin-asiman
uzaqdır. Ancaq bu sayaq yazılara yad olan qanacaq
anlayışını qırağa qoyaq, görək
uydurduğu yalanın mahiyyəti nədir? Bu yalan qəzetdə
çıxan kimi Ömər müəllimə guya onun dilindən
dediyi sözləri çatdırıblar və bu sayaq
fırıldaqlara nifrət edən böyük heykəltəraş
onun adından deyilən sözləri dərhal təkzib edib.
Elə həmin gün açıqlamasında Ömər
müəllim deyir:
«Mətbuatda mənim Xalq yazıçısı
Anarın heykəlini işləməyim barədə fikrimi təhrif
edərək yazırlar ki, guya Anar mənə öz
büstünün yaradılmasını sifariş verib.
Əvvəla mən sifarişlə işləmirəm. Anar da
təbii ki, heç vaxt belə bir sifariş verməyib. Dost
söhbətində Anara onun büstünü yaratmaq istədiyimi
söylədim və o böyük minnətdarlıqla
razılıq verdi».
Vəssəlam. İşin mahiyyəti bundan ibarətdir, amma demə məsələ
tək bunda deyilmiş. Anarın belə ustad sənətkar tərəfindən
portretinin yaradılması köşə yazarını cin
atına mindiribmiş. Yəqin çox əvvəllər
böyük rəssamlarımız Tahir Salahovun Anarın
yağlı boya ilə və qrafik dörd, Tofiq Nərimanbəyovun
yağlı boya ilə beş portretinin yaratdıqlarından xəbəri
yoxdur, yoxsa lap dəli olardı. Axı Anarla bağlı hər
xoş xəbər bu biçarənin yuxusunu
qaçırır, öz-özünə nə qədər
«Tələsmə Zaur» deyə təsəlli versə də
heç cür sakit ola bilmir. Bəli məhz Anara
yaradıcı marağına görə Ömər Eldarov da,
köşə yazarının qara siyahısına
düşüb. Çili şairi Pablo Nerudoyla ispan rəssamı
Pablo Pikassonu eyni adam bilən (bu qəzetdə əks olunub) bu
«sənət sərrafı» Ömər Eldarovun
yaradıcılığına cahil münasibətini bildirməkdən
də çəkinmir. Utanıb qızarmadan yazır:
«MƏNİM
(pah atonnan, sənin ha!) Ömər müəllimin sənətkarlıq
xüsusiyyətlərindən o qədər də xoşum gəlmir.
Eldarovu həddən artıq şablon, klişe (?), sosrealizm
üslublu konveyer (?) sənətçi hesab edirəm!»
Görəsən bu bəbəxt
işlətdiyi terminlərin mənasını
bilirmi ki, onları belə uyğunsuz şəkildə
hansı dildəsə yan-yana düzür? Yalnız Azərbaycanda
deyil, bir çox başqa ölkələrdə də klassik
heykəllərin müəllifi olan Ö.Eldarov bu sözlərlə
tanış olarsa nə fikirləşəcək?
Yaxşı, biz ədəbiyyat adamları hər yetən
qrafomanın bədii yazı haqqında yekə-yekə
qırıldatmasına alışmışıq. Bəs sənətin
başqa sahələrində belə avam sözləri oxuyanda
mat qalmayacaqlarmı?
«Sənətşünas» cuşa
gəlib davam edir:
«Elementar bir sualla
hazırda özümə müraciət
etdim (Nə yaxşı ki, özünə müraciət
edib, başqasının qarşısında biabır
olmayıb). Bakıda, Azərbaycanda Ömər Eldarovun
imzası olan hansısa möhtəşəm abidə, heykəl
xatırlayırsınızmı? Yadıma sala bilmədim. O
baxımdan düşünürəm ki, Anar müəllimin
heykəli də, Eldarovun bir-birinin burnundan
düşmüş (qanacaq sahibinin küçə ifadəsinə
fikir verin) heykəllərdən biri olacaq. Niyə Mikelanceloya
sifariş vermir, anlamıram».
Guya ki, şit yumor
sayılmalı bu hərzə sözlərdə Mikelancelonun
adını çəkə bilibsə deməli bu sahədə
dərin savadı var. Heyf ki, belə savadlı sənətşünas
bizim şəhərdə yaşamır. Bir dəfə də
olsun Bakıya gəlməyib. Yolu Bakıya düşsəydi
Ömər Eldarovun yaratdığı monumental və bir-birindən
orijinal klassik heykəlləri görmüş olardı:
Füzuli, Natəvan, Hüseyn Cavid, Heydər Əliyev və
neçə-neçə başqa yüksək sənət
örnəkləri…
Bu heykəlləri görməyibsə
deməli Bakıda yaşamır. Bəs
harada yaşayır görəsən? Əlbəttə, ruhən
də olsa İrəvanda. Çünki Azərbaycanın
klassik və müasir ədəbiyyatına, sənətinə
ancaq erməni daşnakları belə nifrət bəsləyə
bilirlər. Yeri gəlmişkən, özəlliklə Rəsul
Rzaya, Anara düşmən münasibətdə də
köşə yazarımız orada özünə çox
sayda həmdəm tapa bilər. Rəsul Rzanın millətçi,
türkçü, Lenin milli siyasətinə düşmən,
antisovet kimi qələmə verərək vaxtilə Moskvaya
SovİKP MK-ya və SSRİ KQB-sinə danos yazan Sero
Xanzadyanın qəbrinə təzim edərək daşnak rəsulşünaslarına
qət təzə fakt barədə də məlumat verə
bilər: Rəsul Rza Stalinə şeir yazıb! Düzdür
deyə bilərlər ki, erməni şairləri də
yazıb. Bütün başqa Azərbaycan, rus, moldovan, buryat və
s. şairləri də Stalinə şeirlər, poemalar həsr
edib. Amma yadda məhz Rəsul Rzanın yazdığı
qalıb, çünki Anar uzun illərdir AYB sədridir və
bu təşkilatdan bir şey qopartmaq, bir şey qamarlamaq istəyənlərin
umduqları baş tutmayanda Rəsul Rzanın Stalin
mahnısını oxumağa başlayırlar. Musiqisini Stalin
mükafatı laureatı Niyazi bəstələdiyi bu
mahnını Stalin mükafatı laureatı
Bülbülün klassik ifasında iki dəfə Stalin
mükafatı laureatı, Stalinə həsr olunmuş
kantatanın müəllifi böyük Üzeyir bəy də
çox bəyənirmiş.
Daha nə? Hə, köşə yazanı eşələnib
Rəsul Rzanın çox gənc yaşlarında, 90 il bundan əvvəl
yazdığı uğursuz misralarını (yalnız bir dəfə
nəşr olunmuş bu misraları özü sonra bir dəfə
də çap etməyib) rəsulfobiyanın uğurlu
tapıntısı kimi curlarına çatdırır. Amma
fikirləşmir ki, birisi də həmin bu köşə
yazarının 90 il yox, 23–25 il bundan əvvəl
yazdıqları, rəhmətlik «Azadlıq» və «Yeni
müsavat»da dərc olunmuş siyasi mətnlərini, bu mətnlərin
hədəfələrini üzə çıxarar.
«Yeni Müsavat»da hörmət bəslədiyimiz namuslu jurnalistlər də
çalışır. Belə birisi ilə həmkar olmaqdan xəcalət
çəkmirlərmi?»
AZƏRBAYCAN
YAZIÇILAR BİRLİYİNİN MƏTBUAT
XİDMƏTİ
1 DEKABR 2025
Ədəbiyyat
qəzeti.- 2025.- 5 dekabr, ¹47-48.- S.2.