NOYABRLA DEKABRIN
“ULDUZ”U BİR ARADA
İlin
son “Ulduz”u Məhsəti Musanın “Özüylə
söhbəti və reportajı” ilə açılır.
“Şeir vaxtı”nda
Elşən Mehdi, Vasif
Zöhraboğlu, Təranə
Dəmir, Pərviz Arif, Elvin Paşa, Süleyman Abdulladır.
“Nəsr”də Orxan İsmayılovun “Keçib gedənlər”,
Xatirə Salahzadənin
“Qırmızı saat”, Səma Muğannanın “Kabusların
bulud parçası” hekayələri yer alır.
Qulu Ağsəs ““Altı və sıfır”dan
sonra extra time”
essesi ilə oxucularını
salamlayır.
Şahanə Müşfiq “Zəfər
yolları” kitabının
müəllifi Zemfira Məhərrəmlinin yaradıcılıq
dünyasından söz
açır.
“Tərcümə saatı”
Marina Svetayevanın şeirlərini
və Məmməd Məmmədlinin
ispan dilindən tərcüməsində “Heminqueyə görə həyat” yazısını təqdim
edir.
“Tribuna”da Cəlil
Nağıyev “Bir Bosniya
Sevdalinkası: “Həsən
Ağaının Xanımı”, Şəbnəm
Məmmədova “Ömrünü
elmə və nəzəri tənqidə
həsr etmiş atam”, Babək Abbaszadə “Məsud Pənahi yaradıcılığı
və Azərbaycan animasiyasının intibahı”
yazıları yer alır.
Elxan Zalın “Sevgilər fontanı”, Narıngül
Nadirin, Cavid Fərzəlinin, Elçin
Səlimlinin şeirləri,
Mina Rəşidin hekayələri,
Nəvai Mətnin “Dünya bir ev kimidir” yazısı
da bu sayda yer alır.
“Dərgidə kitab”da
İmir Məmmədli
“Sazlı-sözlü Sibir:
Simusid” əsəri ilə görüşünüzə
gəlib.
“Dərgidə sərgi”də
rəssam Anar Zahirovun “Ulduz”a həsr etdiyi dostluq şarjları təqdim olunur.
Ədəbiyyat
qəzeti.- 2025.- 5 dekabr, ¹47-48.- S.12.